Almaniyada yaşayan həmvətənimiz Rusiyada professor elmi adını qazanıb

Hazırda Almaniyada yaşayan və bu ölkədə fəaliyyət göstərən "Helios" Ortopediya ve Travmatologiya Klinkasında baş həkim vəzifəsində çalışan, müxtəlif dillərdə çap olunan 100-ə qədər elmi məqalənin müəllifi,ortopedik idman travmalarının müalicəsi sahəsində peşəkar mütəxəsis, həmvətənimiz Rauf Əliyev bu ilin aprel ayında Rusiyanın Tibbi Sosial Akademiyasinda yeni yaradılan İdman Travması kafedrasının elmi rəhbəri seçilib və eyni zamanda bu akademiyanın professoru elmi adını alıb.
"Sherg.az"ın xəbərinə görə, ötən aylarda professor Azərbaycana gələrək Azərbaycan Dövlət İdman Akademiyasında idman təlim proqramı ilə çıxış edib. Təlimat proqramı idman travmaları və onlara səbəb olan amillər, travmadan sonra idmançılara göstərilən ilkin yardım və müalicə metodlarını əhatə edib.
R.Əliyev bildirib ki, təlimin əsas məqsədi idman travmasının qarşısını alma yolları, idmançılara ilkin yardım sahəsində iştirakçıları maarifləndirməkdir:
"Həmçinin Avropa standartlarına uyğun müalicə üsullarının tətbiq edilməsi üçün təlimatlarla çıxış edirik. Bu sahədəki bilikləri ölkəmizdə yüksəltmək, idmançılarımıza və idman sahəsində çalışanlara faydalı məlumatlar ötürmək niyyətindəyik. Bundan sonra ildə bir neçə dəfə belə təlim proqramları həyata keçirəcəyimizə ümid edirik”.
Həmçinin xüsusi olaraq qeyd edək ki, professor bu ilin senytabr ayında Rusiya Tibbi Sosial Akademiyasinda da növbəti idman təlim proqramı ilə çıxış edəcək.
Biz də "Şərq" ailəsi olaraq həmyerlimizi Rusiyanın Tibbi Sosial Akademiyasinda yeni yaradılan İdman Travması kafedrasının elmi rəhbəri seçilməsi və eyni zamanda bu akademiyanın professoru elmi adını qazanması münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, işlərində bol və tükənməz nailiyyətlər arzulayırıq.
Ayyət ƏHMƏD