Alxanlı faciəsi ilə bağlı Avropa Parlamentinə müraciət ünvanlandı
11:40 05.07.2017
Arxiv
693
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avropa Parlamentinin və Avronest PA-nın üzvlərinə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx yaşadığı Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində kənd sakinləri 50 yaşlı Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması ilə əlaqədar müraciət ünvanlayıb.
Lent.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi 25 ildir ki, ölkəmizin 20 faiz ərazisini silah gücü ilə işğal edib, 1 milyonadək insan evlərindən didərgin düşüb, 30 minə yaxın vətəndaşımız öldürülüb, minlərlə insan hələ də girovluqda saxlanılır və Azərbaycanın mülki əhalisi ilə müharibə aparmasının Xocalı soyqırımı ilə sübuta yetib.
Bildirilir ki, 1994-cü ildə atəşkəs əldə olunmasına dair iki ölkə arasında Bişkek protokolunun imzalanmasından sonra da Ermənistan tərəfi demək olar ki, hər gün atəşkəsi pozaraq cəbhə xətti, eləcə də sərhəd boyu hərbçilərlə yanaşı, yaşayış məntəqələrində mülki əhalinin həyat və sağlamlığına zərər vurur və mülki obyektləri dağıdır:
"İyulun 4-də baş verən hadisə isə bu işğalçı siyasətin davamıdır. Ermənistan bu terror siyasəti ilə daim Azərbaycan əhalisini qorxu və təşviş içində saxlamaq və sülh danışıqlarında Azərbaycana təzyiqlər etməyə çalışır".
Müraciətdə Avropa Parlamentində Ermənistana dəstək verən qüvvələrin bu cinayətin məsuliyyətini daşıması da vurğulanır. Qeyd edilir ki, müharibə şəraiti olsa belə, uşaqlara, qadınlara atəş açmaq insanlığa sığan hərəkət deyil:
"Körpə uşağın, dinc əhalinin qətlə yetirilməsi dünyanın heç bir yerində qəbul edilə bilməz. Bu, dünya dövlətlərinin və beynəlxalq təşkilatların Ermənistanın 25 ilə yaxındır davam etdirdiyi işğalçı siyasətinə qarşı etinasızlığın və hətta bəzən onlara verilən güclü dəstəyin nəticəsidir. Baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə bərabər bu siyasətə qarşı susqunluq nümayiş etdirən, dünyada və Avropa Parlamentində Ermənistana dəstək verən qüvvələrin də üzərinə düşür.
Şərq Tərəfdaşlığı ölkələrində mövcud işğalçılıq siyasətinin tərəfdaş ölkələrin Aİ ilə əməkdaşlığının qarşısında duran ən ciddi maneələrdən biri olduğu diqqətə çatdırılan müraciətdə Avropa Parlamentinin bu məsələni ciddi nəzarətdə saxlaması və işğala məruz qalmış ölkələrə daima dəstək olması xüsusi vurğulanır".
Müraciətdə Cənubi Qafqazda cərəyan edən hadisələr, insan hüquqları və demokratiyanı daim öz daxili və xarici siyasətində prioritet edən Avropa İttifaqının və onun vətəndaşlarını təmsil edən Avropa Parlamentinin təmsilçilərinin birbaşa marağına toxunduğu üçün Avropa Parlamenti törədilmiş bu qanlı cinayətə hüquqi qiymət verməsi üçün təcili müzakirələr təşkil etmək və qətnamə qəbul etməyə çağırılır:
"Çox ümid edirik ki, Avropa Parlamenti tərəfdaşlarının yerləşdiyi bu regionda baş verən bu cür qanlı və işğalçı siyasət qarşısında səssizlik nümayiş etdirməyəcək və buna öz hüquqi qiymətini verəcəkdir”.
Müraciətə baş vermiş hadisənin dəhşətinin daha yaxşı dərk edilməsi üçün Ermənistan tərəfinin qətl yetirdiyi 2 yaşlı Zəhra Quliyevanın şəkilləri də əlavə edilib.
Son olaraq Azərbaycanın Avronest PA-dakı nümayəndə heyəti bu məsələni qurumun növbəti büro iclasında və Avropa Parlamentinin bütün qurumlarında və iclaslarında daim qaldıracağı da diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya