AMEA-nın xatirə nişanları təsis edilir
15:58 03.04.2019
Arxiv
456
AMEA-nın xatirə nişanları təsis edilir. AMEA-dan Trend-ə verilən məlumata görə, bununla bağlı məsələ bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında müzakirə olunub.
İclasda bildirilib ki, elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın adlı mükafatları təsis edilib və əsasnamələri təsdiq olunub.
Ötən müddət ərzində əsasnamələrin tələblərinə uyğun olaraq hər il adlı mükafatlar üçün müsabiqə elan olunub, müvafiq elm sahələrini təmsil edən görkəmli alimlər mükafatlarla təltif ediliblər.
Rəyasət Heyəti adlı mükafatların nüfuzunun daha da artırılması, həmçinin mükafatlara təqdim olunan alimlərin daha dəqiq meyar və prinsiplər əsasında müəyyənləşdirilməsi məqsədilə AMEA-nın adlı mükafatlarının xatirə nişanları ilə əvəz edilməsini məqsədəuyğun hesab edib. Beləliklə, "Tibb sahəsi üzrə akademik Mirəsədulla Mirqasımov" xatirə nişanı, "Tibb sahəsi üzrə akademik Mustafa Topçubaşov" xatirə nişanı, "Tibb sahəsi üzrə akademik Zərifə Əliyeva" xatirə nişanı, "Kimya sahəsi üzrə akademik Yusif Məmmədəliyev" xatirə nişanı, "Kimya sahəsi üzrə akademik Murtuza Nağıyev" xatirə nişanı, "İncəsənət sahəsi üzrə akademik Üzeyir Hacıbəyli" xatirə nişanı, "Memarlıq və incəsənət sahəsi üzrə akademik Mikayıl Useynov" xatirə nişanı, "Ədəbiyyat, poeziya sahəsi üzrə akademik Səməd Vurğun" xatirə nişanı, "Geologiya sahəsi üzrə akademik Musa Əliyev" xatirə nişanı, "Torpaqşünaslıq və coğrafiya sahəsi üzrə akademik Həsən Əliyev" xatirə nişanı, "Riyaziyyat sahəsi üzrə akademik Zahid Xəlilov" xatirə nişanı, "Neft sahəsi üzrə akademik Azad Mirzəcanzadə" xatirə nişanı, "Fizika sahəsi üzrə akademik Həsən Abdullayev" xatirə nişanı, "Kompüter elmləri sahəsi üzrə professor Lütfi Zadə" xatirə nişanı təsis edilib. Bundan başqa, AMEA-nın təsis edilməsinə həsr olunmuş xatirə nişanı və elmin inkişafına dəstək verən şəxslərə təqdim edilmək üçün AMEA-nın xüsusi xatirə nişanı təsis olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi