"...Amerika ilk dəfədir ki, bu cür radikal addımlar atır" -Konfliktoloq
13:07 06.09.2017
Arxiv
651
"Rusiya və ABŞ arasındakı gərginliyə ən çox göstərilən səbəb rəsmi Moskvanın 2016-cı ildə Amerikada keçirilən seçki kampaniyasına müdaxilə etməsidir”.
Bunu "Sherg.az”a Rusiya və ABŞ arasında yaranmış yeni gərginliyə münasibət bildirərkən konfliktoloq Elxan Mehdiyev deyib.
O bildirib ki, bu məsələ ilə bağlı hədsiz yazılar dərc olunur, müxtəlif iddialar ortaya atılır:
"Hətta deyilir ki, prezident Donald Trampın əvvəlki evinə də polis cəlb olunub, yoxlamalar aparılıb. Onun yaxın adamları da dindirilməyə çağırılıb. Bütün bunlar Rusiyanın prosesə nə dərəcədə qoşulduğunu, müdaxilə etdiyini üzə çıxartmaq üçün idi. Çünki Amerika hökuməti xüsusi müşavir təyin edib, həmin məsələləri araşdırsın. Düşünürəm ki, bütün araşdırmaların əsasında bu hadisələr baş verir.
Dekabr ayında rus diplomatlarının Amerikadan çıxarılmasına cavab olaraq, amerikan diplomatların Rusiyada sayının azaldılması ortaya atıldı. Növbəti cavab tədbiri kimi indi Amerika tərəfi Rusiyanın San-Fransiskodakı konsulluğunu ləğv etdi. Bundan əlavə Rusiyanın bəzi idarələrini də qapatmış vəziyyətdədir. Bu baxımdan Sovetlər dağılandan sonra başlayan Rusiya-Amerika yaxınlaşmasından sonra Amerika ilk dəfədir bu cür radikal addımlar atır”.
Qeyd edək ki, Rusiyanın San Fransiskodakı Baş Konsulluğu, Vaşinqton və Nyu Yorkdakı ticarət nümayəndəliklərinin yerləşdiyi binalar Dövlət Departamentinin tələbi ilə Amerika tərəfinə verilib. Rusiya tərəfi binalarda FTB əməkdaşlarının iştirakı ilə qanunsuz axtarışların aparıldığını iddia edir. ABŞ tərəfi isə FTB-nin iştirakını inkar edir və söhbətin axtarışlardan deyil, adi yoxlama və ya təftişdən getdiyini iddia edir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq