"Aparıcılar baş verənlərdən dərs götürməyiblər" - MTRŞ
12:44 18.09.2017
Arxiv
359
"Yeni efirə çıxan müzakirə xarakterli, bəzi şou verilişlərdə müşahidə olunan bir çox hallar təəssüf doğurur”
"Bir çox hallarda aparıcıların verilişlərdə qalmaqalların katalizatoru və təşkilatçısı rolunu oynamaları diqqəti cəlb edir. Müşahidələr göstərir ki, belə hallara daha çox əvvəlki dövrlərdə milli-mənəvi dəyərlərə riayət edilməməsi və ya digər qanun pozuntuları səbəbindən apardıqları verilişləri bağlanmış aparıcılar yer verir. Görünür, onlar baş verənlərdən dərs götürməyiblər”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Onun sözlərinə görə, həmin aparıcılar yenə də əvvəlki amplualarında qalıblar: "Onlar davranışları ilə yanaşı, nitqlərindəki problemlərlə də diqqəti cəlb edirlər. Qeyd edim ki, monitorinq qrupu tərəfindən bu cür hallar mütəmadi olaraq qeydə alınır, müvafiq hesabatlara salınır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu cür halların kütləvi şəkildə baş verməsinə imkan verilməyəcək”.
Şöbə müdiri qeyd edib ki, yeni yayım mövsümündə efirin ümumi mənzərəsi barədə tam fikir söyləmək bir qədər tezdir: "Lakin ilkin müşahidələr göstərir ki, yayımçılar əvvəlki mövsümdə efirə getmiş və özünü doğrultmuş layihələri davam etdirməklə yanaşı, bir sıra yeniliklərə də imza atıblar. Əlbəttə, bu, normaldır. Efirdə dinamikanın, yeniliklərin olması təqdirəlayiqdir. Lakin yeni efirə çıxan müzakirə xarakterli, bəzi şou verilişlərdə müşahidə olunan bir çox hallar təəssüf doğurur. Belə ki, sırf reytinq xətrinə cəmiyyət üçün əhəmiyyəti olmayan mövzularda, məsələn, hansısa rəqqasə və prodüser arasında olan qalmaqal və bunun əsasında efirdə milli-mənəvi dəyərlərə zidd müzakirələrin açılması narahatlıq yaradır. Digər tərəfdən qalmaqallı şəxslərin tez-tez efirə dəvət edilməsi və hətta onlara aparıcılıq həvalə edilməsi və s. hallar başa düşülən deyil və bu, kanalın digər lazımlı verilişlərinə kölgə sala bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət