Aparıcının dəfn olunacağı tarix və yer açıqlandı





Aparıcı Vatan Şaşmazın dəfn tarixi və yeri bəlli olub.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcının cənazəsi sabah Güzeltepe məscidindən götürüləcək. Namaz qılındıqdan sonra isə Çengelköy qəbiristanlığında basdırılacaq.
Qeyd edək ki, Vatan Şaşmaz keçmiş model sevgilisi Filiz Aker tərəfindən otel otağında güllələnərək qətlə yetirilib.