“Aprel döyüşləri təkrarlansa, Ermənistan bunun altından qalxa bilməyəcək” – Şərh
15:00 02.04.2019
Arxiv
589
"Aprel döyüşləri Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olmadığını bütün dünyaya bir daha sübut etdi”.
Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.
Analitik bildirib ki, şanlı qələbənin üzərindən 3 il keçməsinə baxmayaraq, Ermənistanın siyasi elitası, hərbçiləri və ictimaiyyəti hələ də xofdan xilas ola bilməyib:
"Nəinki Ermənistanda, bu qələbənin təsiri beynəlxalq aləmdə də öz təsirini göstərməkdədir. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü aprel döyüşləri ərəfəsində təşkil edildi. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri və münaqişənin həlli ilə maraqlanan beynəlxalq təşkilatlar, eləcə də Ermənistan dövləti aprel hadisələrinin yenidən təkrarlanacağından ehtiyat edirdilər.
Cənab Prezident İlham Əliyev hərbçilərlə görüşü zamanı aprel döyüşlərinin təkrarlana biləcəyi ilə bağlı mesajlar verdi. Bu mesaj sətiraltı olaraq həm Ermənistan dövlətinə, həm də beynəlxalq aləmə xəbərdarlıq xarakteri daşıyır.
Yaxın günlərdə Ermənistan müdafiə nazirinin müharibə ilə bağlı açıqlamalarını nəzərə alsaq, Azərbaycan dövlət başçısının bu mesajı çox yerində oldu. Əgər aprel döyüşləri kimi ikinci bir toqquşma baş versə, Ermənistan dövləti bunun altından qalxa bilməyəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi