
Aptek, yoxsa narkobiznes yuvası ?! – Valideynlər, diqqətli olun !
07:38 05.04.2019
Arxiv
733
Narkotik tərkibli dərmanlar uzun müddət istifadə olunduqda asılılıq yaradır. Bu cür preparatlardan istifadə getdikcə artmaqdadır. Həmin vasitələr cəmiyyət üçün təhlükə mənbəyi olduğuna görə, onların istifadəsi qanununla qadağan olunur. Buna rəğmən bəzi apteklərdə bu cür tərkibə malik olan dərmanlar satılır və yaşından asılı olmayaraq hər kəs üçün əlçatandır.
Məsələn, elə bu günlərdə Ağcabədi rayonunda fəaliyyət göstərən apteklərin birində külli miqdarda narkotik tərkibli dərman preparatları aşkar edilərək götürülüb.
Məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini Anar Fətullayev saxlanılıb. A.Fətullayevə məxsus aptekə baxış keçirilən zaman oradan 43 adda müxtəlif növ narkotik tərkibli dərman preparatları aşkar edilərək götürülüb.
Şübhsəızi ki, bu cür hallara qarşı daim mübarizə aparılır, mövcud vəziyyətin qarşısının alınması istiqamətində ciddi addımlar atılır. Bununla belə yenə də bəzi apteklərdə məlum arzuolunmaz hala – gənc və yeniyetmələrə narkotik tərkibli dərman satılması halına rast gəlinir.
Əlbəttə, bu halın önlənməsində valideynlərin, ailələrin də danılmaz rolu var.
Psixoloq Fərqanə Mehmanqızı da "Sherg.az”a açıqlamasında bildirib ki, gənclərin mənəvi aclığa məhkum edilməsi hər cür arzuolunmaz vəziyyətlərə yol aça bilər:

"Mən bildiyim qədər belə dərmanlar satılmır. Əgər satılırsa, belə şəxslər məsuliyyətə cəlb olunmalıdır. Ümumilikdə isə yeniyetmələrin pis vərdişlərdən qorunmasında, arzuolunmaz yollara düşməsinin qarşısının alınmasında valideynlərin rolu böyükdür.
Hər bir ailə övladlarına xüsusi nəzarət etməlidir. Övladlar sevgi ilə böyüməlidir. Onların mənəvi aclığa məhkum şəkildə böyüməsi, bu cür xoşagəlməz vəziyyətlərin yaranmasına gətirib çıxarır”.
Sevda Ulutau
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual