Aqil Ələsgər Beynəlxalq Təhlükəsizlik Simpoziumunda çıxış etdi
12:16 25.11.2017
Arxiv
568
Antalyada II Beynəlxalq Təhlükəsizlik Simpoziumu keçirilib. Simpoziumda FETÖ terror şəbəkəsinin onilliklər ərzində Türkiyədə və başqa ölkələrdə həyata keçirtdiyi pozuculuq fəaliyyətinə işıq salınıb.
Türkiyə Polis Akademiyası Terror və Təhlükəsizlik Araşdırmaları Mərkəzi (UTGAM) tərəfindən Antalyada keçirilən "FETÖ beynəlxalq təhdid kimi” Simpoziumunda ABŞ prezidenti Donald Trampın seçki kampaniyasındakı müşaviri Teodor Ruzvelt Mallok, Rusiya Təhlükəsizlik Akademiyası Xarici İqtisadi Əlaqələr Şöbəsinin müdiri Tələt Ənvəroviç, araşdırmaçı yazar Nədim Şənər, "Yeni Çağ” Analitik İnternet qəzetinin baş redaktoru, "Terrorun gülən üzü” və "Səssiz işğal” kitablarının müəllifi Aqil Ələsgər, Azərbaycan Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının dosenti Mürtəza Həsənov və digərləri çıxış ediblər.
Natiqlər öz çıxışlarında FETÖ-nun fəaliyyətinə, müxtəlif ölkələrdə strukturlaşma sxeminə və şəbəkənin genişlənmə mexanizminə ətraflı toxunublar.
Simpoziumda çıxış edən Aqil Ələsgər əsas diqqəti FETÖ terror şəbəkəsinin maliyyə-iqtisadi dayaqlarının hələ də güclü olmasına yönəldib. Baş redaktor qeyd edib ki, FETÖ-nun maliyyə dayaqları sıradan çıxarılmasa, şəbəkə ilə mübarizədə ciddi çətinliklər yaranacaq. Aqil Ələsgər FETÖ-nun Qafqazda, Azərbaycan və Orta Asiya ölkələrində qurduğu şəbəkələrə qarşı mübarizə aparıldığını, xüsusilə, Azərbaycanda İlham Əliyevin bu mövzuda həssas olduğunu, ancaq bu örgütün hələ də böyük təhlükə mənbəyi olaraq qaldığını qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə