“Aqrar İnkişaf Könüllüləri” 1 yaşını qeyd edir
14:00 11.07.2019
Arxiv
485
Respublikanın 44 regionunda fəaliyyət göstərən, 1600-dən çox könüllünü ətrafına yığan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşəbbüs qrupu ötən il iyulun 11-də yaranıb. Həmin il noyabrın 13-də isə hərəkat rəsmi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatı kimi qeydiyyata alınıb.
Təşkilatdan AZƏRTAC-a bildirilib ki, “Aqrar İnkişaf Könüllüləri” Kənd Təsərrüfatı Nazirliyinin regionlarındakı Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM), nazirliyin şöbələrində, elmi-tədqiqat institutlarında və ixtisaslaşmış laboratoriyalarında fəaliyyət göstərir. Könüllülərin məqsədi aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyəti formalaşdırmaqla gələcəkdə bu sahədə fəaliyyət göstərəcək ixtisaslaşmış kadrların yaranmasına, innovativ texnologiyaların və mövcud resursların səmərəli istifadəsinin təbliği ilə bu sahənin dayanıqlı inkişafına töhfə verməkdir.
Bitkiçilik, elektron kənd təsərrüfatı sisteminin tətbiqi və təbliği, yeni bazar alətlərinin istifadəsi, torpaqların keyfiyyət meyarlarının ölçülməsində fermerlərə dəstək və innovativ texnologiyaların tətbiqində iştirak etmək “Aqrar İnkişaf Könüllüləri”nin fəaliyyətlərinə daxildir.
Ötən ilin oktyabrında 20 regionda aktiv fəaliyyətə başlayan “Aqrar İnkişaf Könüllüləri” artıq bu hədəflər uğrunda çalışan 1600-dən çox gəncdən ibarətdir. Könüllülər universitetlərdə ardıcıl olaraq görüşlər keçirərək gənc kadrların formalaşması və onların karyera addımlarının stimullaşdırılması üçün təbliğat kompaniyası da apararaq müxtəlif istiqamətlərdə layihələr həyata keçirirlər. Belə ki, aztəminatlı ailələrə yardım, sosial-ictimai məsuliyyətyönümlü, “Ailələri sevindirməyə, üzlərində sevinc yaşatmağa hazırıq” devizi ilə icra edilən “Kənd Sovqatı” layihəsi bunun bariz göstəricisidir.
Bundan əlavə, aqrar sahədə ixtisaslaşmış gənc kadr potensialının artırılması məqsədilə “Aqrar İxtisaslaşmış Jurnalistlər”, “Gənc Aqronomlar Məktəbi”, gübrələrdən düzgün istifadə etmək, torpaqlarda məhsuldarlığın artımına nail olmaq üçün laboratoriyalardan istifadənin vacibliyini aşılamaq məqsədilə keçirilən “Mobil Laboratoriya”, aqrar sahədə data analitikası təbliği ilə bağlı 2 mərhələli keçirilən “Aqrodata”, aqrar təhsilin təbliği, gənclərdə özünə inam hissinin formalaşdırılması və sağlam düşüncəli, təhsil və karyerada uğurlu gənc nəslin yetişdirilməsinə töhfə vermək məqsədilə keçirilən “Aqrar İnkişaf Məqsədləri” (AİM) kimi layihələr reallaşdırılıb.
Həmçinin müxtəlif universitet, təşkilat və müəssisələrlə əməkdaşlıq memorandumları imzalayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya