Arif Rəhimzadə Fazil Mustafanın adını səhv saldı - Deputatlar güldülər




Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanun layihəsinə münasibət bildirib.

Deputat deyib ki, Azərbaycanda bələdiyyələrin vergi və ödənişlər əldə etməsi üçün hər cür şərait var: "Biz də bu şəraitdən istifadə etməliyik”.

Deputatın fikirlərinə münasibət bildirən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə F.Mustafanın adını səhv salıb. Belə ki, Rəhimzadə Fazil əvəzinə Mustafa deyərək müraciət edib: "Mən Mustafa müəllimin fikirləri ilə razıyam”.

Komitə sədrinin həmkarı Fazil Mustafanın adını bilməməsi zalda deputatların gülüşünə səbəb olub.