Asim Mollazadə Braziliya səfiri ilə görüşüb




Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzla görüşüb.

 Partiyadan "Sherg.az"a verilən məlumata görə, görüşdə Azərbaycan-Braziliya münasibətləri, ölkəmizdəki və regiondakı ictimai-siyasi durum müzakirə edilib. Asim Mollazadə qonağa ölkəmizdəki ümumi vəziyyət, partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Danışıqlar zamanı həmçinin Azərbaycan-Braziliya əlaqələrinin, parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi, ölkələrimiz arasında dostluq münasibətlərinin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Turan