“Atama qovuşacağım günə lap az qalıb” - Kürdoğlu ÜMİDLİDİR
19:05 26.11.2017
Arxiv
554
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağda saxlanılan şəxslərlə görüşüblər.
Bu barədə Modern.az-a məlumat verən BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib ki, noyabr ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha başçəkmə baş tutub:
"Şəxslərin saxlanma şəraiti, onlarla rəftar monitorinq edilib. Onlara ailələrindən məlumatlar çatdırılıb, həmçinin ailələrinə çatdırılması üçün onlardan məlumatlar götürülüb”.
Şahbaz Quliyev ailəsinə yazdığı məktubda hər şeyin normal olduğunu bildirib. Həmçinin, ailə üzvlərinə ondan nigaran qalmamalarını tövsiyə edib.
Digər həmvətənimiz Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da Modern.az-a atasından məlumat aldığını bildirib:
"Atam sonuncu məktubunu noyabrın 1-də yazıb.Hər şeyin yaxşı olduğunu deyir”.
D.Əsgərov və Şahbaz Quliyevin bir-birilə təmaslarına gəlincə, K.Əsgərov atasının həbsxanada tək saxlanıldığını bildirir:
"Atam kişidir. Kişi kimi yaşayıb, kişi kimi də yaşayır, orada da kişi kimi tək qalır”.
4 ilə yaxındır Qızıl Xaç Komitəsindən məlumat aldıqdan sonra saytımıza mütəmadi açıqlamalar verən və həmişə ümidsiz olan K.Əsgərov ilk dəfə olaraq, bu qədər inamlı danışır:
"Atamın qayıdışına lap az qalıb. Son 1 il 6 ay. Mən ali baş komandanımız, cənab İlham Əliyevə, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova güvənirəm. Atam qayıtdıqdan sonra bilinməyən çox şeyləri öyərənəcəksiniz. O zaman hər şeyi daha yaxşı anlayacaq hər kəs. Hər şeyin vaxtı var. İndi üçün yalnız onu deyə bilərəm ki, Dilqəm Əsgərov orada təklənib, kişi kimi tək mübarizə aparır”.
K.Əsgərov hazırda dövlət səviyyəsində işlərin sürətləndiyini vurğulayıb:
"Cənab prezidentin sayəsində mən atama qovuşacağıma inanıram. Dilqəm Əsgərov qayıtdıqdan sonra sizə qaranlıq qalan sualları özündən soruşarsınız. Atam demiş "Allah Kərimdir”. Güclü liderimiz sayəsində o günlər yaxındadır”.
Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.
2014-cü il iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Üçünücü azərbaycanlı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə