Atatürk Hava limanında intihar…

Qırğızıstan vətəndaşı ikinci mərtəbədən özünü atıb


Atatürk Hava limanında Qırğızıstan vətəndaşı olduğu öyrənilən bir sərnişin Xarici Xəttlər Terminalının ikinci mərtəbəsindən özünü aşağı ataraq intihara cəhd edib.
İddiaya görə, terminalın gediş yerinə gələn Qırğızıstan vətəndaşı olan sərnişin, sahədəki nərdivan tutacaqlarını üstünə çıxıb. Bu zaman başqa bir sərnişin aşağı atılmaq istəyən adamı razı salmağa çalışıb. Danşıqlara müsbət cavab verməyən qırğız sərnişin özünü oradan boşluğa buraxıb. O, iki mərtəbə aşağıdakı beton zəmiyə çırpılıb. Qısa müddət sonra hadisə yerinə gələn sağlamlıq qrupları intihara cəhd edən adama ilk müdaxilə edib. Qırğız sərnişin daha sonra təcili yardımla xəstəxanaya aparılıb. Polis hadisə ilə əlaqədar araşdırmaya başlayıb.