"ATƏT DTİHB Ermənistandakı erkən parlament seçkiləri ilə bağlı neqativ hesabat yayıb"

Ermənistanda keçirilən növbədənkənar parlament seçkisii saxtakarlıq və qanun pozuntuları ilə yadda qalıb. Budəfəki seçki Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşüb. Seçici aktivliyi 48,63 faiz olub və Paşinyanın bloku 70 faizdən çox səs toplayıb. Seçki barajını isə "Mənim Addımım Bloku”ndan başqa Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları aşa bilib. Sarkisyanın Respublikaçılar Partiyası da daxil olmaqla, seçkidə iştirak edən 8 siyasi güc parlamentdən kənarda qalıb.
MDB-yə üzvü olan ölkələrin Parlamentlərarası Assambleyası beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Mirlan Bakirov seçki məntəqələrindəki qanun pozuntularına hələlik reaksiya verməsə də, seçicilərin çox passivlik nümayiş etdirdiklərini bildirib.
Ermənistanda baş tutan seçkini şərh edən azərbaycanlı politoloqlar isə hesab edir ki, Ermənistanda keçirilən seçki barədə dünyanın müxtəlif mərkəzləri, seçkilərin nəticələrini dəyərləndirən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT obyektiv mövqe ortaya qoymalıdırlar. Onlar müxtəlif təzyiq və təhdidlər altında keçirilən seçkilərə öz obyektiv münasibətlərini bildirməlidirlər.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Sherg.az"a açıqlamasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ermənistanda dekabrın 9-da keçiriləcən erkən parlament seçkiləri ilə bağlı yaydığı aralıq hesabat kifayət qədər neqativ olduğunu deyib: 
"Ermənistanla bağlı yayılan bütün beynəlxalq rəylərə bələd biri kimi deyim ki, ilk dəfə idi Ermənistandakı seçkilərlə bağlı bu mənfi rəy gördüm. Çox güman ki, yekun rəy də bu cür olacaq. Sözün açığı mövcud nəticələr sonunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ermənistanda keçirilən erkən parlament seçkiləri ilə bağlı müsbət rəy açıqlamağa, seçkilərin qərb standartlarına uyğun keçirildiyini iddia etməyə haqqı yoxdur.
Seçki ərəfəsində ölkədə baş verən proseslər də xeyli sayda qanunsuzluqların yaşandığını göstərir İşıqlı Ermənistan Partiyasının 3-cü yeri tutması baş tutan seçkilərin məhz Paşinyanın əvvəlcədən qurduğu ssenari əsasında baş tutduğunu göstərir. 3-cü yeri tutacağını bildyi halda partiya sədri seçki günü məntəqələrdən həyəcanlı xəbərlər aldığını, kütləvi qanun pozuntuları olduğunu qeyd edib”.
Beynəlxalq təşkilatların Ermənistana qarşı mövqeyində obyektivlik yarandığını vurğulayan M. Əhmədoğlu hesab edir ki, qərb ölkələrinin Ermənistanda keçirilən seçkilərlə bağlı rəyi bu dəfə neqativ olacaq.
Şəymən