ATƏT təmas xəttində növbəti monitorinq keçirib




Sentyabrın 12-də Füzuli rayonu Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib. 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, keçirilən monitorinq insidentsiz başa çatıb.