AVCİYA uzunmüddətli missiyaya başladı
08:11 01.03.2018
Arxiv
487
Məhərrəm Zülfüqarlı: “Tam yekun hesabatı aprelin 26-da geniş ictimaiyyətə təqdim edəcəyik”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinin daha demokratik və şəffaf təşkilinə dəstək məqsədilə müşahidə missiyası həyata keçirir.
Seçki ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyəti öyrənən qurum fevralın 5-dən uzunmüddətli müşahidə missiyasına başlayıb. Regionlarda seminarlar və müşahidəçilər üçün treninqlər keçirilib.
Monitorinqlərlə bağlı "Şərq”ə məlumat verən AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı seçki ilə bağlı hazırlanan fəaliyyət planına uyğun işlərin davam etdirildiyini bildirib:
"Artıq 8 rayonda seçki ilə bağlı seminarlar keçirmişik. Həftənin 5-ci günü Bərdə, Ağdam, şənbə günü isə Tərtər və Goranboyda seminarlarımız olacaq. Planlaşdırmışıq ki, hər həftə 4 rayonda seminar təşkil edək. Aprel ayının əvvəllərinə qədər işimizi yekunlaşdırmaq niyyətindəyik. Aprelin əvvəlində aralıq hesabatımız olacaq və onu mətbuatda yayacağıq. Tam yekun hesabatı isə aprelin 26-da geniş ictimaiyyətə təqdim edəcəyik”.
M.Zülfüqarlının sözlərinə görə, monitorinqlərin məqsədi seçki fəallığını artırmaq, maarifləndirməni həyata keçirmək və təlim keçməkdir:
"Nümayəndələr hansı işləri görməlidir, məlumatları necə toplamalıdırlar, bunlarla bağlı təlimatlar veririk ki, seçki günü problem yaşamasınlar. Hələ ki, problemlə üzləşməmişik, şikayət edənlər olmayıb. Seminarlarımız yüksək səviyyədə keçirilir. Problem olanda özümüz həll edirik”. Qərargah rəhbəri müşahidəçilərə kömək məqsədilə "yaddaş kitabçası”nın nəşr olunacağını da deyib. Vurğulayıb ki, seçki qərargahı əvvəlki seçkilərdə olduğu kimi, demokratik seçkilər sahəsində mövcud beynəlxalq təcrübənin təbliğinə önəm verir. Eləcə də beynəlxalq qurumlarla əməkdaşlığa müsbət yanaşır.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət