"Avropa Parlamentinin qərəzli qətnaməsində Sorosun dəst-xətti aydın görünür" - Deputat
10:52 18.01.2019
Arxiv
305
"Avropa Parlamentində Mehman Hüseynovla bağlı təcili qətnamə qəbul olunması göstərir ki, elə əvvəldən M.Hüseynov məsələsi ölkəmizə qarşı antiazərbaycançı mərkəzlər tərəfindən qurulmuş bir oyun, yazılmış bir siyasi ssenari idi”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, qısa zamanda Mehman Hüseynovun aclıq aksiyasını dayandırdığı bəlli oldu. Özü də vəziyyətinin yaxşı olduğunu bəyan etdi:
"Hüquqlarının qorunduğunu, ona qarşı heç bir təzyiqin olmadığını ifadə etdi. Üstəlik, Azərbaycanda olan Avropa İttifaqına üzv ölkələrin diplomatik korpusların nümayəndəlikləri də orada oldular, hadisəni təsdiq etdilər. Ancaq buna baxmayaraq, beynəlxalq Soros şəbəkəsi bu mövzudan əl çəkmək istəmir. Bunu Azərbaycana qarşı siyasi şantaj rıçaqına çevirməyə davam edir. Necə deyərlər Papadan artıq katolik olmağa çalışırlar. Ancaq həqiqət bundan ibarətdir ki, Azərbaycan dövləti üçün onun hər bir vətəndaşı qiymətlidir və kiməsə qarşı humanist davranmaq lazımdırsa, bunu artıqlaması ilə edir. Yetər ki, heç kəs azadlıq və hüquq məsələsini siyasi alver predmetinə çevirməsin. Bunu Azərbaycana qarşı siyasi şantaj rıçaqına çevirməyə davam edir”.
Parlament üzvünün sözlərinə görə, əgər bu qətnamənin müəllifinin kimliyinə nəzər salsaq görəcəyik ki, burada birbaşa bütün post-sovet məkanında rəngli inqilabların müəllifi kimi tanınan Sorosun dəst-xətti aydın görünür:
"Rebekka Harms Sorosa yaxın olan şəxslərdən biridir. Bir sıra hallarda rəngli inqilabların ilhamvericisi və dəstəkvericisi qismində çıxış edib. Eyni zamanda, Avronestdə daima bu cür məsələləri dəstəkləyib. Struktural formada beynəlxalq təşkilatlara yerləşdirilmiş Soros şəbəkəsi milli dövlətlərə qarşı müxtəlif inqilab ssenariləri yazmaqla, sabitliyi pozmaq, beləliklə, həmin dövlətlərin intellektual və maddi resurslarını mənimsəmək niyyətindədir. Düşünürəm ki, qısa müddətdə davam edən bu ssenari istər beynəlxalq ictimaiyyət, istərsə də Azərbaycan ictimaiyyəti tərəfindən düzgün əsaslarda dərk edildi. Eyni zamanda Soros şəbəkəsinin özünüifşası ilə nəticələndi. Bənzər senarilər vaxtaşırı təkrar edildiyi üçün fikrimcə, Azərbaycan ictimai şüuru bu cür hadisələrə qarşı siyasi immunitetə malikdir”.
H.Babaoğlu vurğulayıb ki, bənzər ssenarilər dəfələrlə Azərbaycanın üzərində oynanılıb:
"Hamı bilir ki, bu cür ssenarilərin məqsədi xaos çıxarmaq, qarşıdurma yaratmaq, beləliklə, Qarabağ problemin həllini unutdurmaqdır. Biz bilirik ki, Azərbaycan 2019-cu ildə problemin həlli ilə bağlı mühüm hədəflər müəyyənləşdirib. Bununla bağlı bir sıra yeni gözləntilər var. Məhz Azərbaycanın siyasi gündəmini dəyişdirib.
Bu məsələləri unutdurub demokratiya, insan hüquqları kimi süni məsələlərlə gündəm yaratmaq məqsədi ilə yazılmış bir ssenari həyata keçirilib. Ancaq Azərbaycan ictimaiyyəti nəyin doğru olduğunu daha dəqiq bilir. Öz milli məqsədlərinə çatmaq üçün öz prinsipial mövqeyini və hərəkətlərini davam etdirəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə