Avropada 700 mindən çox evsiz var




Avropada evsiz şəxslərin sayı artıb.

"Sherg.az” "lesechos.fr”ə istinadən xəbər verir ki, bu gün Avropa Birliyi ölkələrində 700 mindən çox evsiz insan var. Bu da son 10 ildə evsizlərlə bağlı 70 faiz artım deməkdir.

Yazıda nümunə üçün bildirilib ki, İrlandiyada 2010-cu ildən 2018-ci ilə qədər 71 faiz artım müşahidə olunub. Hətta Almaniyada da evsizlərin sayı 2015-2019-cu illərdə 80 faiz çoxalıb.

Tərcümə etdi: Ayyət Əhməd