Avropalı deputatlardan erməni təxribatına cavab
22:03 06.07.2017
Arxiv
506
Avropa parlamentinin bir qrup deputatı Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində 51 yaşlı Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın qətlə yetirilməsini qəti şəkildə pisləyən bəyanat yayıblar.
APA-nın Azərbaycanın Belçika Krallığındakı səfirliyinə istinadən məlumatına görə, cəbhə xəttində baş verən son hadisələrlə əlaqədar birgə bəyanat Avropa Parlamentinin deputatları Raşida Dati (Fransa, Avropa Xalqlar Partiyası), İveta Qriqule (Latviya, Avropa naminə Liberallar və Demokratların Alyansı -ALDA) və İvo Vayql (Sloveniya, ALDA) tərəfindən yayılıb.
Bəyanatda deyilir:
"Biz – Avropa Parlamentinin deputatları Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində 51 yaşlı Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın qətlə yetirilməsini qəti şəkildə pisləyirik”.
Bəyanatda həmçinin deyilir ki, mülki şəxslərin, qadınlar və uşaqların qətlə yetirilməsi tamamilə qəbuledilməzdir və buna dərhal son qoyulmalıdır.
"Bu ölüm halları Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin silahsız mülki şəxslərini minaatan və qumbaraatanlardan atəşə tutması nəticəsində baş verib. Bu cür mənfur və amansız cinayətə heç cür bəraət vermək olmaz və faktın dərhal araşdırılmasına və cinayətkarların müəyyənləşdirilib cəzalandırılmasına çağırırıq.
Biz Azərbaycanın işğal olunmuş ərazilərində bütün hərbi əməliyyatların dayandırılmasına çağırırıq. Şiddət və zorakı hərəkətlərin artması gələcəkdə dinc əhali arasında yeni itkilərə səbəb ola bilər. Bu cür təxribatlar bütün Cənubi Qafqaz regionunun sabitliyi üçün təhlükəlidir.
Bundan əlavə, biz Ermənistan və Azərbaycan hökumətlərini, erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması üçün sülh yolu ilə sabit və davamlı bir həll variantının müəyyənləşdirilməsi üçün danışıqların bərpasına və sürətləndirilməsinə çağırırıq.
Biz həmçinin təxribat qurbanlarının ailələrinə dərin hüznlə başsağlığımızı veririk”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya
Naxçıvanda kişi arvadını və baldızını bıçaqladı
22:53 26.09.2026
Hadisə