“Avtobuslarda kart sisteminə keçidi ilin sonuna qədər bitirmək istəyirik”

“Avtobuslarda kart sisteminə keçidi bu ilin sonuna qədər bitirmək istəyirik”.
APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib. 
Onun sözlərinə görə, kartlaşma ötən ilin sonunda başa çatmalı idi: “Pandemiya və müharibəyə görə bu proses ləngidi. Kartlarda balansı onlayn artırmaq mümkün olacaq”.