E.Muradlı onu da nəzərə çatdırıb ki, avtomobil bazarında qiymətlərdə dəyişiklik müşahidə olunmur:
Avtomobil bazarında QİYMƏTLƏR... - Ucuzlaşıb?
14:21 13.11.2018
Arxiv
1546
Elməddin Muradlı: "Maşın bazarı başıpozuq insanların əlindədir. İstədikləri vaxt qiymətləri qaldırır, istədikləri vaxt da endirirlər”
E.Muradlı onu da nəzərə çatdırıb ki, avtomobil bazarında qiymətlərdə dəyişiklik müşahidə olunmur:
"Avtomobil bazarında yaranmış vəziyyət heç də ürəkaçan deyil”.
Bu barədə "Sherg.az”a maşın bazarındakı son vəziyyəti dəyərləndirərkən "Avtosfer.az" saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, hazırda bazarda elə bir dəyişiklik yoxdur:
"Son zamanlar ölkədə ikinci əl avtomobillər daha yaxşı satılır. Xaricdən gətirilən avtomobillərin sayı çoxalıb. Bu da ölkədə maşına tələbatın artdığını göstərir. Hazırda bazarda müasir avtomobillərə keçid dövrü davam edir. Keçmişdə əhalinin üstünlük verdiyi Rusiya istehsal olan avtomobillər artıq tarixə qovuşur. Qarajlarımızda olan sovet dönəminin maşınları müasirlər avtomobillərlə əvəz olunur. Düşünürəm ki, bu tendensiya yaxşı haldır.
E.Muradlı onu da nəzərə çatdırıb ki, avtomobil bazarında qiymətlərdə dəyişiklik müşahidə olunmur:" Maşına tələbat artdıqca qiymətlər stabil qalır, bəzən də artır. Bazarda tələb təklif paketinin genişlənməsi, əhalinin alıcılıq qabiliyyətinin artması qiymətlərə təsir göstərir. Məncə, bazarda bu kimi faktorlara nazarət olunmalıdır. Çünki bu sahədə müəyyən qrup insanlar var, oturub razılaşıb, danışırlar ki, sabahdan qiyməti qaldırırıq. Beləliklə də bazarda qiymət qalxır. Yaxud da öz siyasətlərini cəmiyyətə bəzən mətbuat üzərindən yeridə bilirlər. Müəyyən saxta fikirlər bildirirlər ki, filan ölkədə maşın bahalaşdı, ona görə qiymətlər qalxır.
Amma məsələni araşdırdıqda görürsən ki, elə bir hal yoxdur. Ölkədə siqaretin qiyməti qalxanda, bazarda maşınlar bahalaşır. Adama sual verərlər ki, siqaretin qiyməti ilə maşının nə əlaqəsi var ? Və ya yağın, elektrik məhsullarının qiymətində artım olur, həmin vaxt avtomobillərin qiyməti bahalaşır. Dəllallar bazarda hegemonluq edir. Bazarda əhalinin alıcılıq qabiliyyəti artan kimi bunlar da öz işlərini görür. Dolların kursu qalxdı, maşın bahalaşdı, dolların kursu endi, avtomobillər ucuzlaşmadı. Düşünürəm ki, bazarda bu qədər özbaşınalıq olmaz. Qonşu Gürcüstanda avtomobillərin qiymətinə nəzər salırsan, müşahidə edirəsən ki, bizdən kəskin dərəcədə fərqlidir.
Azərbaycana maşın yalnız Gürcüstandan gəlmir. Almaniya və başqa dövlətlərdə ölkəmizə gəmi, qatar, şəxsi TIRlarla avtomobil gətirilir. Bundan başqa Azərbaycanda salon işlədən, maşın ticarəti ilə məşğul olanlar da xarici ölkələrdə maşın idxal edir. Lakin gətirdikləri avtomobillərə elə qiymət qoyurlar ki, insan təəccüblənir.
Son zamanlar ölkədə islahatlar həyata keçirildi, gömrük sahəsində müəyyən işlər aparıldı, amma, yenə də baxırsan ki, avtomobillərin qiyməti enmir. Hazırda bazarda belə bir arzolunmaz vəziyyət hökm sürür. Bu sahəyə nəzarət yoxdur, tənzimləmə mexanizmi yaradılmır. Bazar başıpozuq insanların əlindədir. İstədikləri vaxt qiymətləri qaldırır, istədikləri vaxt endirirlər”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol