Avtomobilinin arxasına elə bir yazı asdı ki...

Adanada sürücülük səlahiyyətini 1 ay əvvəl alan universitet məzunu, 22 yaşlı Eda Boncukçu avtomobilinin arxasına elə bir yazı asdı ki, hamı hörmət etdi.
Türk mediası xəbər verir ki, 1 ay əvvəl sürücülük vəsiqəsi alan Çukurova Universiteti məzunu Eda Boncukçu yeni bir avtomobil aldı. Yolda naşı olan gənc qız, tıxacda və digər avtomobil sürücülərini çətin vəziyyətdə qoymamaq üçün maşınının arxasına, "Üzr istəyirəm, yeni sürücüyəm, naşıyam" yazılı elan vurmağa qərar verib.
Asdığı elanla yola çıxan Edanı görənlər gənc qıza dəstək verməyə başladı. Naşı olduğu üçün, yolda  çətin olduğunu ifadə edən Eda, belə danışır:
"Həyəcanımı dəf etmək üçün avtomobilimi şəhərin içində istifadə etməm lazımdır, digər sürücüləri çətin vəziyyətdə qoymamaq üçün bu elanı yazmağa ehtiyacı duydum."
Edanın avtomobilinin arxasına yapışdırılan elanı görənlər bu mənzərəni cib telefonlarına qeyd etməyə çalışıblar.