Axır çökdü, 22 baş kiçik heyvan tələf oldu




Türkiyənin Batman şəhərinin Hasankeyf qəsəbəsində axırın çökməsi nəticəsində 22 kiçik baş heyvan tələf olub.

Sadıq Göke aid axır güclü yağıntılar səbəbindən çöküb. Dağıntılar altında qalan 22 22 kiçik baş heyvan tələf olub.
Sadıq jurnalistlərə verdiyi açıqlamada  dolanışığını təmin etdiyi bütün heyvanlarının tələf olduğunu ifadə edərək, "20 min lirəyə yaxın zərərim var. Səlahiyyətlilərdən mənə yardım əllərini uzatmalarını istəyirəm." deyə danışıb.