AYİB Azərbaycanın dayanıqlı bazar iqtisadiyyatına keçidini qiymətləndirib
09:32 10.11.2020
Arxiv
395
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın dayanıqlı bazar iqtisadiyyatına keçidinə cavabdeh olan əsas göstəricilərini qiymətləndirib.
"APA-Economics"in AYİB-in "Transition Report 2020-21" hesabatına istinadən verdiyi məlumata görə, qiymətləndirmə 6 göstərici üzrə aparılıb: rəqabətə davamlılıq, idarə olunma və tənzimləmə səviyyəsi, "yaşıl" iqtisadiyyata keçid səviyyəsi, müxtəlif kateqoriyadan olan insanların iqtisadiyyatda iştirakı səviyyəsi, iqtisadi davamlılıq və inteqrasiya.
Hesabata görə, 2020-ci ildə Azərbaycandakı biznes mühit inkişaf edib və rəqabətə davamlılıq indeksi 4,30 bənddən 4,54 bəndədək yüksəlib. Yaxşı idarə olunma və tənzimləmə indeksi də ("well-governed") ölkədə son illər ərzində şəffaflığın, şəxsi və əqli mülkiyyət hüquqlarının daha yaxşı qəbul edilmiş müdafiəsini tənzimləmə və qorunması üçün daha güclü çərçivələrin qurulmasını sayəsində 5,31 bənddən 5,58 bəndədək yüksəlib.
"Yaşıl" iqtisadiyyata keçid səviyyəsinin göstəricisi olan "Green" indeksi isə dəyişməz qalıb – 5,37. Burada Rusiya istisna olmaqla, heç bir region ölkəsində yaxşılaşma qeydə alınmayıb.
Ümumi xarici iqtisadi sarsıntılara qarşı olan iqtisadi dayanıqlıq indeksi 2020-ci ildə 4-dən 4,09-dək yüksəlib. Müxtəlif kateqoriyadan olan insanların iqtisadiyyatda iştirak etməsi səviyyəsi də daha şaxələndirilmiş iqtisadiyyat sayəsində 5,07 bəndədək yüksəlib (2019-cu ildə 4,93).
Son olaraq, inteqrasiya səviyyəsi indeksi 5,61 bəndən 5,85 bəndədək qalxıb. Bu indeks ticarət və nəqliyyat əlaqələrinin inkişaf səviyyəsini əks etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naxçıvanda 27 Sentyabr - Anım Günü qeyd edilir
10:10 27.09.2026
Sosial
Salah heyətdən çıxarıldı
09:51 27.09.2026
Futbol
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət