Azay Guliyev Ermənistanı ATƏT PA-nın sessiyasında barbar və vəhşi adlandırıb
11:53 05.07.2017
Arxiv
766
ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev bu gün Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında çıxış edərək Ermənistanın silahlı qüvvələrinin atəşi nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi faktını sərt şəkildə qınayıb və həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib.
Sherg.az -ın xəbərinə görə, Azay Quliyev bildirib ki, erməni silahlı birləşmələri qəsdən mülki əhalini hədəfə alaraq iki günahsız insanı - Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirib: "Bu Ermənistanın Azərbaycan xalqına qarşı olan barbar və vəhşi hərəkətdir. ATƏT PA bu qəddar hücumları kəskin şəkildə pisləməlidir. Münaqişələrdə belə halların baş verməsinə heç vaxt icazə verməməliyik. Düşünürəm ki, bu hərəkət azərbaycanlı mülki əhali qarşı olan qəsdən, məqsədli şəkildə törədilmiş hücumdur.
Bu kimi hallar beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasıdır və birbaşa olaraq 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəalarına və cəbhə xəttində uşaqların, mülki əhalinin hüquqlarını müdafiə edən digər əlavə protokollara ziddir. Minsk Qrupunun həmsədrləri bu məsələ ilə məşğul olmalı və belə qəddar hücumları pisləməlidir, dərhal bu kimi hücumları dayandırmaq üçün addım atmalıdır”.
Azay Quliyev bu gündən etibarən bütün hərbi və siyasi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirərək ATƏT PA-nın bu insidentlə bağlı səssiz qalmamasının və gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq addımlar atılmasının vacibliyini vurğulayıb.
Sessiyada qətlə yetirilən mülki şəxslər barədə XİN-in bəyanatı və onların şəkilləri ATƏT PA-nın üzvlərinə paylanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya