"Azərbaycan Avropanın enerji təhlükəsizliyinə zəmanət verir" - Millət vəkili
08:26 21.02.2019
Arxiv
547
"Prezident İlham Əliyev fevralın 20-də Avropa Komissiyasının büdcə və insan resursları üzrə komisarı Günter Ottinger ilə görüşüb. Görüşdə Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrasından məmnunluq ifadə olunub. Bu baxımdan layihə üzrə Məşvərət Şurasının toplantılarının əhəmiyyəti vurğulanıb.
Cənab Prezident bu layihənin icrasında Avropa ittifaqının fəal iştirakını və rolunu qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirib. "Cənub Qaz Dəhlizi” nin rəsmi açılış mərasimi 2018-ci ilin may ayında keçirilmişdir. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır".
Bu sözləri "Sherg.az"a millət vəkili Rauf Əliyev bildirib. Parlamentarinin sözlərinə görə, bu layihə üzrə Məşvərət Şurasının Bakıda keçirilən 5-ci toplantısında Avropa Komissiyasının büdcə və insan resursları üzrə komisarı Günter Ottinger bildirib ki, layihənin başa çatdırılması 2020-ci ilin yayına nəzərdə tutulub:
"O qeyd edib ki, Avropada Azərbaycan qazına maraq daha da artır. Serbiya, Macarıstan və San-Marino Məşvərət Şurasına daxil olublar.
Bunula Məşvərət Şurasına üzv ölkələrin sayı 17-ə çatmışdır. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Cənub Qaz Dəhlizi layihəsi marağı olan bütün ölkələr üçün açıqdır. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edən məkanın formalaşdırmasıdır.
Bu layihə Avropa İttifaqının enerji təhlükəsizliyinin, iqtisadi stabilliyinin və eləcə də milli təhlükəsizliyinin qorunub saxlanılmasını təmin edən amillərdən birinə çevrilmişdir. Bu Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli münasibətlərinin strateji xarakter daşıdığını göstərir və Azərbaycanın Dünyada durmadan artan nüfuzunun göstəricisidir".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm