"Azərbaycan boğaza yığılıb, aprel döyüşləri sərt formada təkrarlanacaq"
10:29 05.07.2017
Arxiv
730
"Həmsədrlər kimdir? Onları sayan yoxdur”.
Bu sözləri Sherg.az-a ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistana təcili olaraq hərbi əməliyyatları dayandırmaqla bağlı çağırışına münasibət bildirərkən millət vəkili Aqil Abbas deyib. O bildirib ki, həmsədrlər heç bir fəaliyyətlə məşğul deyil:
"Ermənistan BMT-ni saymırsa, təşkilatın 4 vacib qətnaməsinə əməl etmirsə, ATƏT-in Minsk qrupunun həmsədrlərini eşidəcək? Həmsədrlər bəyanat verir ki, atəş dayandırılmalıdır. Bununla hər şey bitirmi? Belə olacağı halda hələ bir 25 il də həmsədrlər regiona səfər edib, yeyib-içib gedəcək. 50 il sonra isə Qarabağ hər kəsin yadından çıxacaq.
İki gün öncə ATƏT-in Minsk qrupunun həmsədrləri Aşağı Veysəlli kəndində, təmas xəttində monitorinq həyata keçirirdi. Həmsədrlər gedən kimi ermənilər dinc əhalini öldürürlər. Bu təxribat baş verəcəkdisə, ATƏT-in Minsk qrupu təmas xəttinə nəyə gəlmişdi? Azərbaycan artıq boğaza yığılıb. Yəqin ki, ermənilər layiqli cavablarını alacaqlar. Aprel döyüşləri güman edirəm ki, bu dəfə daha sərt formada təkrarlanacaq. Ümumi olaraq isə ATƏT-in Minsk qrupu bəyanat vermək əvəzinə iş görməlidir”.
Qeyd edək ki, Minsk qrupunun məlum bəyanatında "Zorakılıq yalnız sonrakı zorakılığı gətirir və heç nə vermir. Uzun müddətdir, davam edən bu münaqişənin həllinin yeganə məsuliyyətli və humanitar yolu tərəflərin xoş niyyətlə danışıqlar masasına qayıtmasıdır”, - deyə bildirilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya