Azərbaycan filmi növbəti beynəlxalq festivalda- Birinciliyə əsas namizəd






Rejissor Rüfət Əsədovun ekranlaşdırdığı "Kənddə sonuncu yəhudi" sənədli filmi London İnternational Romford Film Festivalına dəvət alıb.

Qeyd edək ki, insan və xalqın taleyindən bəhs edən film bundan əvvəl Nyu-Yorkda "Kew Garden Festival of Cinema Festivalında nümayiş etdirilib. Bir neçə beynəlxalq festivalda isə mükafata sahiblənib.

Moderator.az xəbər verir ki, Xronometrajı 32 dəqiqəlik filmin ssenari müəllifləri Vaqif Azəryar, Rüfət Əsədov, operatoru Yuri Varnovski, səs rejissoru Pərviz Ramizoğludur. Filmin prodüserləri Oleq Harenkar, Rüfət Əsədov, montajçı isə Vüsal Nazimoğludur.

Filmin mövzusu həyatdan götürülüb. XIX əsrin əvvəlində Şamaxı zəlzələsindən sonra yəhudilər Mücü kəndindən köçərək indiki İsmayıllı rayonunun ərazisindəki Mücü-Həftaran kəndini yaradırlar. Sonralar əhalinin bir hissəsi Bakıya, Göyçaya, digər hissəsi isə İsrailə köçür. İndi orada yeganə yəhudi Meir Manaşirov qalıb. Onun 83 yaşı var. Bacı-qardaşları, övladları İsraildə, Amerikada yaşayırlar. O isə bu torpağı, valideynlərinin məzarını atıb getmək fikrində deyil.

Film 2015-ci ildə "PicMus Productıon”(Azərbaycan), "Prometheus Productıon” (ABŞ) şirkətlərinin birgə istehsalıdır. Film aprel ayında Xorvatiyada keçirilmiş "Festival of Tolerance Zagreb”də nümayiş etdirilib.