"Azərbaycan-Fransa münasibətlərinin inkişafı göstərir ki, xarici siyasətimiz uğurla aparılır”
14:35 21.07.2018
Arxiv
457
"Fransa Avropada, hətta bəlkə də dünyada ən güclü erməni lobbisinin fəaliyyət göstərdiyi ölkədir. Buna baxmayaraq, Azərbaycan-Fransa münasibətlərinin daha da güclənməsi göstərir ki, Prezident İlham Əliyev başda olmaqla ölkəmiz öz xarici siyasətini yüksək səviyyədə həyata keçirir”.
Bunu "Sherg.az”a millət vəkili Rüfət Quliyev söyləyib. O bildirib ki, Fransa və Azərbaycan prezidentləri arasına keçirilən səmimi görüşlər siyasi əlaqələr baxımından çox əhəmiyyətlidir:
"İki ölkə arasındakı münasibətlərin iqtisadi əhəmiyyətinə gəlincə, deyim ki, Fransa iqtisadiyyatının inkişafına görə, həmin regionda Almaniyadan sonra ikincidir. Ölkə başçısının tanınmış şirkət rəhbərləri, müxtəlif iş adamları ilə keçirdiyi görüşlər Azərbaycana investisiya cəlb edilməsi baxımından çox əhəmiyyətlidir. Təxminən 11 iri şirkətlə sazişlər imzalandı və ölkəmizə investisiya yatırımı barədə razılıq əldə olundu. İqtisadi əlaqələrin möhkəmləndirilməsi həm Fransa, həm də Azərbaycan üçün ikitərəfli qazanc deməkdir.
Nəzərə almaq lazımdır ki, son bir ildə Avropa İttifaqı (Aİ) ilə münasibətlərimiz istənilən qədər şəffaf və isti deyil. Səbəb isə Avropada bir çox məmurların, deputatların Azərbaycanın əleyhinə olması, bizim mənafeyimizə zidd fikirlərlə çıxış etməsidir. Buna rəğmən biz bütün ölkələrlə ikitərəfli münasibətləri möhkəmləndiririk. Avropa İttifaqı dəfələrlə qeyri-destruktiv mövqe tutaraq, bizə qarşı çıxışlar etsə də, Azərbaycan bütün dövlətlərlə əlaqələrini inkişaf etdirir. Bu, çox mübət haldır”.
R.Quliyev diqqətə çatdırıb ki, Azərbaycan lazım olan hədəfləri qoyub, müvafiq mexanizm hazırladıqdan sonra, buna nail olur:
"Avropa, Asiya və digər dövlətlər deyə bilməz ki, siyasi mənafeləri iqtisadi uğurlara qurban veririk.
Bundan əvvəl İtaliya dövləti ilə müvafiq görüşlər keçirildi. Bir daha vurğulamaq istərdim ki, bütün bu səfərlərdən, qarşılıqlı münasibətlərin inkişafından həm sözügedən xarici ölkələr, həm də biz faydalanırıq”.
Qeyd edək ki, ötənlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə səfər edib. Səfər Azərbaycan Prezidenti İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi baxımdan da mühümdür. ATƏT-in Minsk qrupunun həmsədri və Avropanın aparıcı ölkələrindən biri olan Fransa rəhbərliyinin Azərbaycana və onun rəhbərliyinə yüksək münasibət bəsləməsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və ptinsipləri çərçivəsində həllində önəmli faktor hesab oluna bilər.Məlumat üçün bildirək ki, Prezidentin səfəri dünən başa çatıb.
Aysel, Ayyət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya