“Azərbaycan güc tətbiq edib, lokal şəkildə irəliləməlidir” – AKTUAL

Məhəmməd Əsədullazadə:" Prosesdə Rusiya olduğu üçün davam edən diplomatik danışıqlardan müsbət nəticə gözlənilmir. Bu proses regionda silahlanmaya və müharibə variantının gündəmdə qalmasına xidmət edir"
"Ermənistan rəhbərliyi ötən il Düşənbədə əldə olunmuş şifahi razılaşmaya əməl etmir, danışıqlar prosesində qeyri-konusturuktiv mövqe tutur”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, rəsmi Bakı Düşənbədə əldə olunan şifahi razılaşmada maraqlı olmamalıdır: 
"Görünür, Düşənbə razılaşması Paşinyana seçki ərəfəsində daxili siyasi stabilliyə nail olmaq üçün lazım imiş. Ermənistanın baş naziri Nikol Paşinyan Moskva ilə sövdələşərək əsasən, Kremlin irəli sürdüyü həll formullarını dəstəkləyəcək. 
İlk əvvəldən Paşinyan Moskvanın münaqişənin həllində moderatorluğunu qəbul etmirdi, bunu özünə təsir kimi qiymətləndirirdi. Sonradan Moskvanın təzyiqləri fonunda geri çəkildi. Vaşinqtonda keçiriləcək növbəti danışıqlar prosesi əsasən, Azərbaycanın siyasi maraqlarına cavab verir. Ermənistan rəhbərliyi Vaşinqton görüşünə Moskvanın təlimatı ilə qatılacaq və istənilən həll variantını qəbul etməyəcək. Absurd şəkildə qondarma separtçıların danışıqlarda tərəf kimi iştirakını irəli sürəcək. Təbii ki, bu təklif Vaşinqton görüşünün iflası ilə nəticələnəcək. Amma, ABŞ bir daha şahid olacaq ki, Ermənistanda inqilab olmasına baxmayaraq, proseslərdə heç bir irəlləyiş yoxdur və Paşinyan Rusiyanın vassalığını qəbul edib”.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya hazırda Lavrov planını irəli sürməklə əsasən görüntü yaradır və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllində maraqlı deyil: 
"Rusiyanın iştirakı olmadan Qarabağ danışıqlarının diplomatik həlli mümkündür. Prosesdə Rusiya olduğu üçün davam edən diplomatik danışıqlardan müsbət nəticə gözlənilmir. Bu proses regionda silahlanmaya və müharibə variantının gündəmdə qalmasına xidmət edir. Minsk Qrupu arasında həll variantları üzrə konsensus yoxdur. Moskva və Vaşinqton ayrı-ayrı həll variantlarına malikdir. Ona görə də Minsk formatının Qarabağ konfliktinin həllində fəaliyyəti müsbət dinamika yaratmır. Azərbaycan hazırkı şərtlər daxilində yalnız güc tətəbiqinə üstünlük verməklə, cəbhə bölgəsində lokal şəkildə irəliləməlidir”.
İsmayıl