Trampdan "Maykrosoft"a inanılmaz qadağa...

ABŞ administrasiyası “Maykrosoft” şirkətinin H-1B vizası ilə çalışan xarici mütəxəssislər üçün daimi yaşayış icazəsi — “Qrin Kart” alınmasına dair müraciətlərini müvəqqəti dayandırır.

Axar.az xəbər verir ki, qərarı Ağ Evdə keçirilən mətbuat konfransında vitse-prezident Ceyms Devid Vens açıqlayıb.

O, şirkəti amerikalı əməkdaşları ixtisar edərək onların yerinə xarici işçilər cəlb etməkdə və müvafiq proqramdan sui-istifadədə ittiham edib.

Vens bildirib ki, hesablamalara əsasən, “Maykrosoft” ixtisar etdiyi hər amerikalı əməkdaşın əvəzinə təxminən 1,5 min xarici işçi qəbul edib.