Azərbaycan - NATO əməkdaşlığını zəruri edən amillər... – Deputat sadalayır
10:23 05.04.2019
Arxiv
695
"Azərbaycan NATO ilə əməkdaşlığa çox böyük töhfələr verib və verməkdə davam edir”.
Bunu "Sherg.az”a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
Parlament üzvü bildirib ki, hazırda ABŞ-ın Əfqanıstandakı silahlı qüvvələrinə Azərbaycan çox böyük lojistik dəstək verir:
"Bununla yanaşı, Azərbaycan bütün silahlı münaqişələrdə anti-terror koalisiyasının üzvü kimi beynəlxalq terrorla mübarizə aparır. Bu da təbiidir. Azərbaycan xalqı terror bəlasının nə olduğunu yaxşı bilir.
Ona görə də hər zaman terrora qarşı amansız mübarizə aparırıq. NATO ilə Azərbaycan arasında humanitar sahədə də əməkdaşlıq həyata keçirilir. Azərbaycan Əfqanıstanda yeni hökumətin güclənməsi üçün müvafiq işlər aparır.
O cümlədən Əfqanıstanda qız uşaqlarının təhsili ilə bağlı ciddi fəaliyyət proqramlarını həyata keçiririk. Yəni Azərbaycanın NATO ilə əməkdaşlığı sadəcə silahlı qüvvələrin əlaqələri ilə kifayətlənmir. Gələcəkdə dayanıqlı sülhün yaradılması və humanitar sahələrə dəstək verilməsi üçün Azərbaycanın böyük imkanları var. Ölkəmiz NATO ilə əməkdaşlığın inkişafı üçün ciddi çalışır”.
Deputatın sözlərinə görə, bir sıra bölgələrdə təhlükəli qüvvələrin mövcudluğu NATO-nun dəstəyə ehtiyac duymasına zərurət yaradır:
"Bu istiqamətdə hərbi alyansa verilən mühüm dəstəklərdən biri məhz Azərbaycan tərəfindən həyata keçirilir. Çünki Azərbaycan sülhsevər ölkə olduğu üçün münaqişə bölgələrində əmin-amanlığın bərqərar olunmasında maraqlıdır”.
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq iclas çərçivəsində mətbuata verdiyi açıqlaması zamanı Azərbaycan Respublikasının Alyansın yaxın tərəfdaşı olduğunu bildirib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulanıb. Baş katib Azərbaycanın NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini diqqətə çatdırıb.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə