Azərbaycan neft məhsullarının ixracından gəlirini 2 dəfədən çox artırıb




 Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 517 915,30 min ton həcmində neft məhsulları ixrac edib.
"Report”un Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına istinadən verdiyi xəbərə görə, bu miqdarda neft məhsullarının dəyəri 267 629,66 min dollar təşkil edib.

Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3,63% olub.

Bu ilin 5 ayında ixrac olunan neft məhsullarının miqdarı illik müqayisədə 50,05%, dəyəri isə 2 dəfədən çox artıb.