"Azərbaycan polisi asayişi qoruyaraq öz vəzifəsini yerinə yetirib" - Millət vəkili
14:48 18.11.2018
Arxiv
575
Radikal müxalifət ümummilli bayramları və tarixi günləri öz varlığını yada salmaq üçün istismar etməkdədir. belə ki, Dünən 17 noyabr-Milli Dirçəliş günündə özünü "Milli Şura” adlandıran qurumda birləşmiş bir qrup radikal Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Milli Dirçəliş günü ilə bağlı keçiriləcəyi iddia olunan qanunsuz aksiya "Milli şura”nın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli tərəfindən idarə olunmuş, onlar qanunsuz aksiya iştirakçılarını polislə toqquşmaya təhrik ediblər. Siyasi protokolların keçirildiyi məkanlar, tarixi –dini ziyarət yerləri kütləvi etiraz aksiyaları keçirilmək üçün ünvan kimi seçilə bilməz. Şəhidlər Xiyabanı isə həm siyasi protokollar üçün məkandır, həm də Azərbaycan tarixini çox mühüm ziyarət yerlərindən biridir. Beləliklə, aksiyada siyasi məqsədlər güdülmüş, radikal müxalifətin cəmiyyətə öz varlığını göstərmək, sabitliyi pozmaq, polislə qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək niyyətindən irəli gəlib.
Hüquq mühafizə orqanları qeyri qanuni aksiyanın qarşısını alıb və dağıdıcı qruplara Şəhidlər xiyabanı kimi müqəddəs ziyarətgahı siyasi spekulyasiya və şou meydanına çevirməyə imkan verməyib. Aksiyanın təşkilatçıları da saxlanaraq Səbail rayon polis idarəsinə aparılıblar. Polsin aksiyanın qarşısını alarkən qanun tələblərinə əməl edib. Bununla belə aksiyadan sonra radikal müxalif fəallar tərəfindən sosial şəbəkələrdə böyük kampaniya başladılıb, polis idarəsinə yürüş etmək barədə çağırışlar edilib. Bu, aksiyanın əvvəlcədən qarşıdurmaya getmək məqsədilə düşünüldüyünü təsdiqləyir.
Vəziyyəti dəyərləndirən millət vəkili Araz Əlizadə "Sherg.az"a bildirib ki, Əli Kərimli və Cəmil Həsənli deputat olanda yaxşı dolanırdılar. Amma onlara xaricdən vəd verdilər ki, siz daha yaxşı dolana və qazana bilərsiniz. Onlar da xarici qüvvələrin vədlərinə uydular:
"İndi də bilmirlər neynəsinlər. Baxın, o vaxt Bakıda uşaqlar arasında belə bir düşüncə vardı. Futbol oynaya bilməyən uşaqları qapıya qoyurdular. Qapını da qoruya bilməyəndə deyirdilər ki, heç olmasa, arada yıxıl adın çıxsın.İndi adlarını radikal müxalifət lideri qoyanlar arada səs-küy salaraq himayədarlarına "biz varıq və sifarişlərinizi yerinə yetiririk" mesajını verirlər. Ən pisi də odur ki, onlar tarixi əlamətdar günlərdə də öz siyasi məqsədlərini güdürlər. Yəni onları, millət, xalq, xalqın taleyi, ölkənin tarixi günü maraqlandırmır. Hər şeyi öz mənafeləri üçün edirlər".
Millət vəkili onu da əlavə edib ki, həmin aksiyanın qarşısının alınmasında Azərbaycan polisi qanunun tələblərinə tam əməl edib:
"Azərbaycan polisi nə edibsə düz, edib. Polisin heç bir günahı yoxdur. Azərbaycan polisi asayişi qoruyaraq öz vəzifəsini yerinə yetirib. Əslində polisimizlə fəxr etməliyik. Əgər onlar olmasa idi, ölkəmizdə sabitlik pozulardı. Bu sabitliyə görə, polislərimizə borcluyuq. Tam əminliklə deyirəm ki, bu cür qanunsuz əməllərin qarşısını aldıqlarına görə, Azərbaycan polisinə təşəkkür edirəm".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə