Azərbaycan Prezidenti: BMT TŞ qətnamələrinin bəzi hallarda 20 ildən çox müddətdə kağız üzərində qalması dünya nizamının pozulmasına gətirib çıxarır
12:28 28.01.2019
Arxiv
423
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bəzi hallarda bir neçə gün ərzində yerinə yetirilməsi, bəzi hallarda isə 20 ildən çox müddətdə kağız üzərində qalması dünya nizamının pozulmasına gətirib çıxarır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda "Rossiya 1” televiziya kanalına müsahibəsində deyib.
Dövlətimizin başçısı qeyd edib: "Bilirsiniz, beynəlxalq təşkilatların qərarları yerinə yetirilməyəndə, yaxud qərəzli seçimlə yerinə yetiriləndə, BMT Təhlükəsizlik Şurasının qətnamələri də seçim əsasında, bəzi hallarda bir neçə gün ərzində yerinə yetiriləndə, bəzi hallarda isə 20 ildən çox müddətdə kağız üzərində qalanda, əlbəttə ki, bütün bunlar dünya nizamının pozulmasına gətirib çıxarır. Qaydaların olmaması, yaxud onların pozulması da əlbəttə ki, fəsadlara gətirib çıxarır, yəni, etimad pozulur, ölkələr arasında qarşılıqlı fəaliyyətin səviyyəsi azalır. Bu da müəyyən münaqişələrə, bir çox ölkələr arasında müəyyən çətinliklərə, gərginliyə gətirib çıxarır. Buna görə də yaxşı, yaxud pis olmasından asılı olmayaraq, artıq hazırlanmış mexanizm mövcuddur".
İlham Əliyev əlavə edib ki, bu, həm beynəlxalq münasibətlərə, həm iqtisadi, həm də sərmayə ilə bağlı olan məsələlərə aiddir: "Biz, Azərbaycan o ölkəyik ki, həmişə qanunun aliliyinə, beynəlxalq hüququn normalarına əməl edilməsinə, o cümlədən aparıcı beynəlxalq təşkilatların bütün qərar və qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə çalışırıq. Odur ki, əlbəttə, bugünkü mənzərəni müşahidə etmək kədərlidir. Bu, dediyim kimi, həm beynəlxalq, həm də iqtisadi problemlərlə bağlı məsələlərə aiddir. Etimad itirilir, gözləntilər pozulur və biznesi aparmaq çətinləşir. Bizim ölkəyə gəlincə isə deməliyəm ki, biz həm beynəlxalq məsələlərdə, həm də bütün müqavilələr, investisiya layihələri üzrə öhdəliklərin icrası ilə bağlı imzaladığımız sənədləri həmişə tamamilə dəqiq yerinə yetirmək əzmindəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya
Bu gün işdən 1 saat tez çıxacaqsınız
11:07 26.05.2026
Cəmiyyət