Azərbaycan Prezidentinə təbriklər gəlməkdə davam edir
12:09 25.12.2018
Arxiv
538
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir. Prezidentin rəsmi saytına istinadən təbrik məktublarından bir neçəsini təqdim edirik:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə şirkətimizin hər bir əməkdaşı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.
Sizə uzun ömür, möhkəm cansağlığı, sevinc və firavanlıq dolu həyat arzu edirəm. Azərbaycan Respublikasının rəhbəri olaraq həyata keçirdiyiniz uğurlu fəaliyyət, daxili və xarici siyasətdə əldə etdiyiniz misilsiz nailiyyətlər ölkənin hər bir vətəndaşı üçün fəxr mənbəyidir. Bu əlamətdar gündə Sizə və Sizin başçılığınız altında dövlətimizə yeni yüksəlişlər, yeni müvəffəqiyyətlər diləyirəm.
Bu xüsusi tarixin verdiyi fürsətdən istifadə edərək, ali dövləti vəzifədə xalqın etimadını layiqincə doğrultduğunuza, ölkədə sahibkarlığa, sosial rifaha, iqtisadi tərəqqiyə verdiyiniz əvəzsiz töhfələrə görə Sizə dərin minnətdarlığımı bildirir, Sizin şəxsinizə böyük hörmət və ehtiramımı ifadə edirəm.
Hörmətlə,
Mübariz Mənsimov
"PALMALİ” Şirkətlər Qrupunun prezidenti".
Digər bir məktub Rusiyanın Kursk vilayəti Azərbaycanlılar Liqasının rəhbəri Qasım Kərimov tərəfindən ünvanlanıb:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Kursk vilayətində yaşayan həmvətənlərimiz adından və şəxsən öz adımdan təbrik edirəm.
Möhtərəm İlham Heydər oğlu, Siz dövlət başçısı vəzifəsində fəaliyyətinizə görə haqlı olaraq Azərbaycan xalqının hörmətini və beynəlxalq aləmdə yüksək nüfuz qazanmısınız. Sizin ideyalar ardıcıl olaraq həyata keçirilir, Azərbaycanın sosial-iqtisadi inkişafına şərait yaradır. Siz bizim ürəkdən sevdiyimiz Heydər Əliyevin işinin sədaqətli davamçısı kimi ölkəni xoşbəxt gələcəyə aparırsınız.
Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və yeni uğurlar arzulayıram".
Prezident İlham Əliyevi təbrik edənlər sırasında Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti Toğrul Bağırov da var:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Nobel Ailəsi Cəmiyyətinin tərəfdaşları adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.
Son 15 ildə Azərbaycan Sizin müdrik rəhbərliyinizlə çox böyük nailiyyətlər əldə edib və həm regional, həm də beynəlxalq münasibətlər sistemində mühüm rol oynayan müasir, demokratik və güclü sivil dövlətə çevrilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz bir hissəsi və dünyanın ən etibarlı enerji tədarükçülərindən biri hesab edilir.
İstər dünyada, istərsə də Azərbaycanda həyata keçirilən Nobel layihələrinə göstərdiyiniz davamlı və tükənməz dəstəyə görə Sizə çox minnətdarıq. Nobel qardaşlarının Azərbaycanda çox zəngin və böyük irsi vardır. Bu yaxınlarda Sizin böyük dəstəyinizlə "Emmanuel Nobel Neft Mükafatı”nın bərpa edilməsi ilə bağlı yeni layihənin həyata keçirilməsinə başladıq. Əminik ki, biz strateji tərəfdaşımız olan Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR ilə birlikdə bu unikal beynəlxalq layihəni reallaşdıracaq və Azərbaycanın Avrasiyanın sürətlə inkişaf edən uğurlu ölkəsi kimi müsbət imicini dünyada daha da möhkəmləndirəcəyik.
Cənab Prezident, Siz daim bizim yekdilliklə və səmimi qəlbdən dəstəklədiyimiz əziz Prezidentimizsiniz. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və daha böyük nailiyyətlər, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzu edirik.
Yaşasın möhtərəm cənab Prezidentimiz!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə