"Azərbaycan qlobal problemlərin müzakirə edildiyi mərkəzə çevrilib"





"Belə tədbirlərin keçirilməsi Azərbaycanın qlobal müstəvidə mövqelərinin möhkəmlənməsinə ciddi töhfə verir”.

Bunu "Sherg.az”a açıqlamasında VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışarkən siyasi şərhçi Azər Həsrət deyib.

Ekspert bildirib ki, illər öncə arzu edirdik ki, ölkəmizi tanıdaq, yeni dostlar qazanaq. Bu iş çox çətin idi. Amma düzgün strateji planlama və şəxsən Prezident İlham Əliyevin özünün durmadan çalışması Azərbaycanı ən populyar və arzuedilən ölkələr sırasına qatıb: 

"İndi bizim ölkəmizi kiməsə məxsusi tanıtmağa ehtiyac yoxdur. Əksinə, dünyanın hər tərəfində insanlar bura gəlmək, ölkəmizi görmək üçün can atırlar. Təbii ki, belə bir durumun ortaya çıxması məhz elə buna bənzər forumların, tədbirlərin hesabına mümkün olub. 

Demək istədiyim odur ki, Azərbaycan artıq bir zamanlar heç kimin yetərincə tanımadığı ölkədən qlobal müstəvidə dünya problemlərinin müzakirə edildiyi mərkəzə çevrilib. İndi bizim ölkəmiz qlobal səviyyəli idman yarışlarının, mədəni-kütləvi tədbirlərin, iqtisadi və siyasi müzakirələrin keçirildiyi məkandır. 

Biz vətəndaş olaraq ölkəmizin bu səviyyəyə yüksəlməsinə görə qürur duymalı, bizi bu qədər qısa müddətdə belə bir arzuedilən ölkəyə çevirən siyasətə dəstəyimizi davam etdirməliyik”.

İsmayıl