“Azərbaycan Teoxarus kimilərinin cəhdlərini puça çıxaracaq” – Politoloq





"Separatçı rejimi təbliğ edən rəsmilər dağıdıcı şüura sahibdir. Eleni Teoxarus da bu kateqoriyaya aid olanlardan biridir”.

Bunu "Sherg.az"a Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan üzvü Eleni Teoxarusun Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərlərdən danışarkən politoloq Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, bir qrup adamın separatçı rejimi dəstəkləməsi onların psixologiyasının normal olmaması ilə əlaqəlidir:

"E.Teoxarus Avrpa Parlamentinin üzvüdür. Dağlıq Qarabağla bağlı Avropa Parlamentinin əməkdaşı qrupunun təsisçilərindən biridir. E.Teoxarusa qarşı bir az fərqli yanaşmaq lazımdır. Çünki o Kiprdəndir. Hələ də Kipr, Yunanıstan və Ermənistanda bir qrup siyasətçilər Osmanlı imperiyasının varisi olan Türkiyəyə qarşı mübarizə aparırlar. Amma vaxtilə həmin dövlətlər Osmanlı imperyasının tərkibində olublar. 

Hazırda Osmanlı imperyası yoxdur, lakin onlar bu düşmənşiliyi davam etdirməklə özlərinin psixoloji ehtiyaclarını ödəyirlər. Ona görə də onlara qarşı hər hansısa bir addım atmağımızın təsiri olmayacaq. Azərbaycan Avropa istiqamətində siyasətini gücləndirməklə E.Teoxarus kimi psixologiyası normal olmayan insanların fəaliyyəytinin əbəs olduğunu sübut edəcək. 

Hazırda bu sahədə də müəyyən işlər gedir. Avropa İttifaqının Ermənistanla birgə imzaladığı çağırışda göstərilir ki, Dağlıq Qarabağ münaqişəsi 2009-cu ildə qəbul olunmuş sənəd əsasında tərtib olunmalıdır. O sənədin birinci maddəsində Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun Azərbaycan qaytarılması nəzərdə tutulur”.

Qeyd edək ki, Avropa Parlamentinin üzvü, Dağlıq Qarabağa qanunsuz səfərlər edən ermənipərəst Eleni Teoxarus Albaniya hökuməti tərəfindən də arzuolunmaz şəxs elan olunub. Erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edənTeoxarus Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan edilib.

Kənan Eynuroğlu