Azərbaycan, Türkiyə, Pakistan və İsrailin bayraqları paylanıldı
13:45 09.11.2020
Arxiv
796
Bayraq dövlətin və xalqın kimliyi, düşüncə tərzi və milli birliyinin simvoludur. Bayraq namusumuz, şərəfimiz və qeyrətimizdir. Dövlət bayrağımız suverenliyimizin rəmzidir.
"Sherg.az" xəbər verir ki, 30 ilə yaxın müddət ərzində hər bir Azərbaycanlının ümdə arzusu Qarabağın azad olunması, şanlı bayrağımızın doğma torpaqlarımızda dalğalanması olub. Artıq o gün gəlib çatdı və işğaldan azad olunan bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır.
Bu il bayraq bayramımız çox fərqli və böyük sürprizlərlə başladı. Ötən gün Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanın işğal altında olan doğma Şuşa şəhəri düşmən tapdağından azad olunduğunu elan etdi. Bu gün Azərbaycan xalqı ikiqat bayramı qeyd edir.
«Türk Dünyası Ağsaqqalları» qəzeti və Missiya Media Qrupu Dövət Bayrağı və Şuşa şəhərinin azad olunması münasibətilə şəhərin müxtəlif ərazilərində bayraq aksiyası həyata keçirib.
Aksiyanın təşkilatçısı Ramin Əhmədov bildirib ki, hər bir Azərbaycanlı Prezidentimizin və ordumuzun tarixi qələbəsindən qürur hissi keçirir: “Prezident İlham Əliyev həmişə Azərbaycan bayrağının uca zirvələrdə dalğalanacağını bəyan etmişdi. Bu gün bayrağımız işğaldan azad olunmuş şəhərlərimizdə dalğalanır. «Bu Prezidentin Azərbaycan xalqına, dövlətinə verdiyi yüksək dəyərin təzarürüdür. Azərbaycan bayrağı bundan sonra da uca zirvələrdə dalğalanacaq. Xalqımızda bu əminliyi Ali Baş Komandanın qətiyyəti və qələbəyə inamı yaradır”-deyə R. Əhmədov vurğulayıb. Aksiya zamanı Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı Vətən Müharibəsində xalqımıza və dövlətimizə dəstək olan dövlətlərin bayraqları də paylanılıb.
Aksiya şəhər sakinləri və əcnəbilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında oldular
10:40 27.09.2026
Siyasət
Naxçıvanda 27 Sentyabr - Anım Günü qeyd edilir
10:10 27.09.2026
Sosial
Salah heyətdən çıxarıldı
09:51 27.09.2026
Futbol
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət