Azərbaycan bir sıra regional əhəmiyyətli strateji layihələrin təşəbbüskarı və icraedicisidir, həm də sahibidir ki, bunlar Bakı-Tbilisi-Ceyhan neft ixracına aid boru kəməridir, artıq, istismarına başlanmış "Cənubi Qafqaz" qaz boru kəməridir, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bunların hər biri bütün region ölkələri üçün çox böyük gəlir gətirmək iqtidarında olan infrastruktur vasitələr sayılır. O cümlədən, Türkmənistanın özü üçün də olduqca vacib və əhəmiyyəti hesab olunur. Təkcə bu layihələrin özü, Aşqabadı Bakı ilə olduqca sıx münasibətdə və əlaqələrdə olmasını vacib edir".
"Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı Bakıdan çox Aşqabada lazımdır" - Ekspert
"Ona görə ki, Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanı deməkir. Türkmənistan neftinin real olaraq Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilməsi əməkdaşlığın ilkin özülünü təşkil edir"
Azərbaycan bir sıra regional əhəmiyyətli strateji layihələrin təşəbbüskarı və icraedicisidir, həm də sahibidir ki, bunlar Bakı-Tbilisi-Ceyhan neft ixracına aid boru kəməridir, artıq, istismarına başlanmış "Cənubi Qafqaz" qaz boru kəməridir, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bunların hər biri bütün region ölkələri üçün çox böyük gəlir gətirmək iqtidarında olan infrastruktur vasitələr sayılır. O cümlədən, Türkmənistanın özü üçün də olduqca vacib və əhəmiyyəti hesab olunur. Təkcə bu layihələrin özü, Aşqabadı Bakı ilə olduqca sıx münasibətdə və əlaqələrdə olmasını vacib edir".
"Prezident İlham Əliyevin Türkmənistana səfəri böyük əhəmiyyət daşıyır. Düzdür, iqtisadi cəhətdən ölkələrimiz arasında münasibətlər və əlaqələr real olaraq, pis vəziyyətdə deyil. Səfər zamanı Prezidentlərin geniş tərkibli görüşündə Prezident Qurbanqulu Berdiməhəmmədov da qeyd etdi ki, bu ilin ilk 9 ayı ərzində əmtəə dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artması sevindirici haldır. Və əlavə etdi ki, kənd təsərrüfatı, tikinti, sənaye kimi sahələrdə yaxşı meyllər var. Amma dövlət başçımız bildirdi ki, əmtəə dövriyyəsi artsa da, ölkələrimizin potensialını tam əks etdirmir və bu sahədə hələ çox işlər görmək lazımdır".
Bunu barədə "Sherg.az" a tanınmış iqtisadçı- ekspert Pərviz Heydərov bildirib. Ekspert qeyd edib ki, həqiqətən də, qarşılıqlı mal mübadiləsi və idxalı-ixrac sahəsində çox böyük imkanlar və potensial mövcuddur:
"Söhbət kənd təsərrüfatı, sənaye və ümumiyyətlə, qeyri-neft emalı sahələrindən və burada istehsal olunan məhsullardan gedir. Türkmənistan bu sahələrdə Azərbaycan üçün çox əlverişli bazar ola bilər. Əks tərəfin də buna ciddi maraq göstərdiyi gizli deyil. Türkmənistan ilə Azərbaycanın bu sahədə böyük təbii ehtiyatlara malik ölkələr olduğu bəllidir. Və odur ki, dövlət başçımızın qeyd etdiyi kimi, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq təbiidir. Özü də bu əməkdaşlıq mübadiləni əhatə etmir və yalnız bununla xarakterizə olunmur, oluna da bilməzdi. Söhbət, bazarlara çıxışdan gedir.
Azərbaycan bir sıra regional əhəmiyyətli strateji layihələrin təşəbbüskarı və icraedicisidir, həm də sahibidir ki, bunlar Bakı-Tbilisi-Ceyhan neft ixracına aid boru kəməridir, artıq, istismarına başlanmış "Cənubi Qafqaz" qaz boru kəməridir, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bunların hər biri bütün region ölkələri üçün çox böyük gəlir gətirmək iqtidarında olan infrastruktur vasitələr sayılır. O cümlədən, Türkmənistanın özü üçün də olduqca vacib və əhəmiyyəti hesab olunur. Təkcə bu layihələrin özü, Aşqabadı Bakı ilə olduqca sıx münasibətdə və əlaqələrdə olmasını vacib edir".Ekspertin fikrincə, Azərbaycan-Türkmənistan əlaqələrinin yüksək səviyyədə olması əslində, Aşqabada Bakıdan daha çox vacibdir:
"İlk növbədə ona görə ki, Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanı deməkir. Və Türkmənistan neftinin real olaraq Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilməsi əməkdaşlığın bu mənada ilkin özülünü təşkil edir. O cümlədən, Türkmənistan böyük qaz resurslarına malik ölkədir. Bu mənada, Cənubi Qafqaz qaz boru kəməri də Türkmənistan üçün ölkəmizə olandan daha əhəmiyyətli və cəlbedici xarakter daşıyır. Hər iki ölkə bu tranzit imkanlarından birgə çıxış etmək və Asiya-Avropa, Avropa-Asiya arasında enerji resurslarının daşınmasında eyni siyasət yürütmək perespektivinə malikdirlər.Təsadüfi deyil ki, hər iki ölkə arasında imzalanan sayca 20-dən çox sənədin əksəriyyəti birbaşa və ya dolayısı ilə məhz qeyd olunan sahələrdə, yəni nəqliyyat üzrə əməkdaşlıq məsələlərini əhatə etdi. Bu, Şərq-Qərb nəqliyyat dəhlizinin möhkəmləndirilməsi işinə xidmət edəcək".
P.Heydərov onu da diqqətə çatdırıb ki, ümumiyyətlə, Böyük Tarixi İpək Yolu hər iki ölkənin ərazisindən keçdiyindən Türkmənistansız və Azərbaycansız Şərq və Qərb, o cümlədən əksinə olan yerüstü əlaqələr və daşımalar mümkün sayılmır:
"Bu mənada, iki ölkə arasında imzalanan nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Türkmənistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi arasında nəqliyyat və tranzit məsələlərinə dair, ölkələrdən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə bizim Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında dəniz ticarət gəmiçiliyinin inkişafına dair, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında avtomatlaşdırılmış informasiya mübadiləsi , o cümlədən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında yükaşırma həcmlərinin artırılması, həmçinin iki ölkənin limanlarından keçən daşımaların inkişafı haqqında Sazişlər xüsusən əhəmiyyət daşıyacaqdır".
Ayyət Əhməd