Azərbaycan və Pakistan XİN arasında növbəti siyasi məsləhətləşmə aparılıb
16:59 18.12.2020
Arxiv
368
18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası və Pakistan İslam Respublikasının Xarici İşlər Nazirlikləri arasında videokonfrans formatında ikinci siyasi məsləhətləşmələr keçirilib.
XİN_dən APA-ya bildirilib ki, Azərbaycan Respublikasının xarici İşlər Nazirinin müavini Ramiz Həsənov və Pakistan xarici işlər katibi Soheyl Mahmudun iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çoxtərəfli münasibətlərə aid məsələlər müzakirə mövzusu olub.
Azərbaycan xarici işlər nazirinin müavini 27 sentyabr tarixində başladılan təxribat və ona cavab olaraq Azərbaycanın əks hücum əməliyyatları və 44 gün davam edən Vətən Müharibəsi barədə qarşı tərəfə məlumat verib. Öz növbəsində Soheyl Mahmud Azərbaycanın müharibədə qələbəsi münasibəti ilə təbriklərini çatdırıb, Pakistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bir daha qeyd edib.
Görüşdə tərəflər Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, gələcək əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb, bir sıra təkliflər irəli sürüblər.
Tərəflər həmçinin iki ölkə arasında yüksək siyasi dialoqun davam etdirilməsinin vacibliyini, iqtisadi və ticarət sahəsində mövcud vəziyyətin daha da inkişaf etdirilməsinin, hüquq müqavilə bazasının möhkəmləndirilməsi istiqamətində işin aparılmasının vacibliyini qeyd ediblər.
Görüşdə xalqlarımız arasında əlaqələrinin gücləndirilməsi, turizm potensialının artırılması, təhsil, mədəniyyət, humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi vacibliyi bildirilib.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət