Azərbaycan və Rusiya milli valyutalarla hesablaşmaları daha da artıra bilərlər





"Azərbaycan və Rusiya milli valyutalarıla apardıqları hesablamaşları daha da artırmaq imkanına malikdirlər".

"Report” "TASS”a istinadən xəbər verir ki, bunu Bakıda başa çatmış Azərbaycan–Rusiya regionlararası forumun nəticələrini şərh edən qonşu ölkənin iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov jurnalistlərə bildirib.

"İki ölkə artıq bəzi əmtəə qruplarına dair hesablaşmaları milli valyutalarda aparır. Belə hesablaşmalar üçün bütövlükdə institusional şərait yaradıldığı üçün, bu sahədə geniş potensial görürük”, - deyə o, qeyd edib.

Nazir müavini Azərbaycanda "VTB Bank"ın, Rusiyada isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin fəaliyyət göstərdiyini də vurğulayıb.