Azərbaycan vətəndaşları Ukraynadan deportasiya olunublar
14:00 14.01.2019
Arxiv
356
Ukraynaya səfər edən Azərbaycan vətəndaşları üzərlərində 400 ABŞ dollarından az vəsait olduqları üçün ölkə ərazisinə buraxılmayıblar, daha sonra isə 3 illik ölkəyə girişlərinə qadağa qoyularaq deportasiya olunublar.
Vətəndaşlardan 1986-cı il təvəllüdlü Məmmədov Elçin Ələsgər oğlu "Report”a bildirib ki, digər Azərbaycan vətəndaşı 1992-ci il təvəllüdlü Quliyev Kərəm İlham oğlu ilə birlikdə 2019-cu il yanvarın 8-də turist kimi Ukraynaya səfər edən zaman paytaxt Kiyevin "Juliana” hava limanında sərhəddən ölkəyə buraxılmayıblar.
Əvvəlcə onlardan üzərlərindəki nəğd vəsaitin miqdarı soruşulub: "Biz isə üzərimizdə nəğd 100 dollardan çox olmadığını, amma əvəzində kart hesabımızda vəsaitin olduğunu, eyni zamanda Kiyevdə bizi qarşılayacaq dostumuzun qonağı olduğumuzu bildirsək də bizə bu halda ölkəyə girişimizin qadağan olduğunu bildirdilər.
Səbəb kimi isə üzərimizdə nəğd 400 ABŞ dollarından az pul olduğunu göstərdilər. Həmən an yanımızda eyni vəziyyətlə qarşılaşan Rusiya vətəndaşı olan daha bir azərbaycanlı da vardı və bizə hava limanının bir əməkdaşı yaxınlaşaraq məsələni həll etmək üçün başqa yollar təklif etdi. Rusiya vətəndaşı olan azərbaycanlı rus dilini yaxşı bildiyi üçün o, onlarla danışırdı. Ona biz də daxil sərhəd xidməti əməkdaşlarına rüşvət verməyimizi və məsələni belə həll edilməsini təklfi etdilər. Əvvəlcə ehtiyyat etsək də nəticədə əks halda təyyarə biletlərimizin batacağı qorxusunda əlacsız qalıb razılaşdıq. Amma qəflətən bir qrup polis gələrək həmin azərbaycanlını rüşvət təklif etməsi səbəbilə saxlayıb apardılar. Bizi isə pasportumuza peçat vuraraq 2022-ci ilə qədər Ukraynadan deportasiya etdilər”-deyə, Azərbaycan vətəndaşı bildirib.
Məsələ ilə bağlı Ukraynanın Azərbaycandakı səfirliyindən "Report”un sorğusuna cavab olaraq bildiriblər ki, ölkənin Nazirlər Kabinetinin 4 dekabr 2013-cü il 884 nömrəli qərarı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Ukrayna ərazisinə daxil olduqda, ölkə ərazisində qaldıqda və yaxud ölkə ərazisində tranzit kimi istifadə etdikdə bu zaman həmin şəxslər kifayət qədər maliyyə təminatlarını təsdiq etmək məsuliyyəti daşıyırlar. Səfirlikdən eyni zamanda bildiriblər ki, konkret bu hadisə ilə bağlı da araşdırma aparıb, dəqiqləşdirəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol