Azərbaycan XİN həmsədrlərin bəyanatına münasibət bildirib
14:51 15.04.2021
Arxiv
378
“Həmsədrlərin öz bəyanatında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının icrası istiqamətində tərəqqini alqışlaması müsbət qiymətləndirilməlidir. Eyni zamanda qeyd etməliyik ki, həmsədlərin bəyanatının əksər hissəsi yeni post-münaqişə dövrü üçün ən mühüm məsələlərə deyil, daha çox bir sıra digər fikir və elementlərə həsr olunub”.
Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupu həmsədrlərinin 13 aprel 2021-ci il tarixli bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində yaranmış reallıqda Azərbaycan tərəfinin mövqeyi bəllidir: “Bizim prioritetlərimiz sırasına 30 il ərzində davam etmiş münaqişənin təsirinə məruz qalmış ərazilərimizin bərpası, yenidən qurulması və yenidən inteqrasiyası, bu proses nəticəsində və münaqişənin təsirinə məruz qalmış bütün ərazilərində bərpa ediləcək Azərbaycan Respublikasının konstitusion qaydası çərçivəsində həmin ərazilərdə məskunlaşmış bütün, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının etnik və dini və ya digər hər hansı mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqluluğunun təmin edilməsi daxildir. Eyni zamanda münaqişənin həlli Azərbaycanla Ermənistan arasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında normal əlaqələrin qurulması üçün perspektiv yaradır. Ümid edirik ki, həmsədrlər Azərbaycan Respublikası Prezidentinin çağırışına uyğun olaraq özlərinin yaranmış yeni vəziyyətdə sülhün möhkəmlənməsi istiqamətində mümkün rollarına dair təkliflərini müəyyən edəcək və təqdim edəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya