Azərbaycanda 1 tona yaxın narkotik aşkar olundu
11:42 14.08.2019
Arxiv
439
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və satışı ilə məşğul olan şəxslərin tutulması istiqamətində xüsusi əməliyyat tədbiri həyata keçirib.Daxili İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Ağalar Xəlilov paytaxt ərazisində saxlanılıb. Onun Xəzər rayonu Albalılıq bağlar sahəsində yaşadığı evə baxış zamanı 13 kiloqram çəkidə qurudulmuş marixuana və narkotik vasitələrin çəkisi müəyyən etmək üçün istifadə edilən elektron tərəzi aşkar edilərək götürülüb. İlkin sorğu zamanı A.Xəlilov marixuananı Sabunçu rayonu Maştağa qəsəbəsində əkdiyini kultivasiya yolu ilə yetişdirəndən sonra satmaq məqsədi ilə yaşadığı evə gətirdiyini bildirib.Baş İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilərək A.Xəlilovun narkotik tərkibli bitkiləri əkdiyi Maştağa qəsəbəsindəki bağ sahəsinə baxış keçirilib. Nəticədə oradan yaş halda çəkisi 1 tona yaxın 168 ədəd çətənə bitkisi də aşkar olunaraq götürülüb.Bu faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial