Azərbaycanda 2 yaşlı qız batareya uddu: "Qida borusu yanıb..."
07:48 27.11.2017
Arxiv
493
Azərbaycanda 2 yaşlı qız təzə batareyanı udduğu üçün təhlükəli vəziyyət yaşayıb. Xoşbəxtlikdən uşağın həyatını xilas etmək mümkün olub.
Bununla bağlı Ailem.az-a məlumat verən tanınmış uroloq, cərrah Fuad Hüseynov bildirib ki, valideynləri hadisədən dərhal sonra yaşadıqları rayon xəstəxanasına müraciət ediblər: "Orda həkimlər batareyanı çıxartmaq üçün saatlarla çalışsalar da, cəhdləri uğursuz alınıb. Bu çalışmalar nəticəsində sadəcə yemək borusunun alt hissəsindəki batareyanı yuxarı qaldıra biliblər ki, bu da uşaq üçün sözün əsl mənasında ən azından həyat qurtarıcı hal olub. Batareya eyni yerdə qalsaydı, qida borusunun divarını tamamilə yandırardı”.
Həkimin sözlərinə görə, ailə həyəcanla, övladlarını itirmək qorxusu ilə hadisədən 7-8 saat keçdikdən sonra onlara müraciət edib: "Özofoqoskopla, yəni işıqlı alətlə yemək borusuna girilərək ciddi texniki çətinliklərlə yemək borusuna pərçimlənmiş təqribən 2 sm ölçüsündə olan batereya nəhayət çıxarıldı. Qida borusunda ciddi yanıq olduğu üçün ən böyük təhlükəmiz borunun deşilməsi idi. Əməliyyatdan sonra çəkilmiş rentgendə hər şeyin normal olduğu görüldü. Beləliklə, uşaq tam sağlam şəkildə evə yola salındı”.
F.Hüseynov deyir ki, yanan yemək borusu üçün ən böyük təhlükə daralmadır və bunun da olub-olımayacağı qarşıdakı günlərdə bilinəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə