Azərbaycanda 200 yaşlı alman koloniyası: Son nümayəndəsi 12 il əvvəl ölüb
10:39 13.05.2019
Arxiv
971
Almanlar qədimdən Gəncə xanlarının yaylaq yeri olan Xanlıqlar adlı məntəqəyə Çar Rusiyası tərəfindən 1819-cu ildə köçürülüb. 150 ailədən ibarət alman koloniyası olan Helenendorf böyüyərək özünəməxsus arxitektura quruluşlu iri yaşayış məntəqəsinə çevrilib. 1854-cü ildə orada Lüteran kilsəsi də tikilib.
Oxu.Az-ın məlumatına görə, almanlar burada sənətkarlıqla yanaşı, sənayenin, xüsusən şərabçılığın inkişafına töhfə veriblər. 1903-cü ildə buraya Hacıkənddən içməli su xətti çəkib, 1911-ci ildə Gəncəçay üzərində buralarda ilk elektrik stansiyası tikilib. Sovet dövründə, 1936-cı ildə buranın adı dəyişdirilərək Xanlar olub.
1941-ci ildə Böyük Vətən Müharibəsi başlayarkən burada yaşayan dörd min nəfərədək alman Qazaxıstana sürgün edilib. Qarışıq ailələrdən bir neçəsinə burada qalmağa icazə verilib. Get-gedə sayı azalan almanların sonuncusu 12 il bundan əvvəl vəfat edib.
Göygölün sonuncu alman sakini Viktor Klayn yerli radiostansiyada texnik işləyib. Həmçinin, sənətkarlıqla və şərab çəkməklə məşğul olub. Evdə uzun illər ərzində Klayn ailəsinə məxsus olan əşyalar qorunur. Geniş və təsərrüfat üçün əlverişli zirzəmi hər alman evinin vacib şərti sayılıb. Klaynların evi hazırda muzey halına salınır. Bura xüsusən alman turistlər tez-tez baş çəkirlər.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda alman koloniyası Helenendorfun yaradılmasının 200 ili tamam olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
12:29 17.05.2026
Hadisə
Mixail Zabelin vətəndaşların problemləri ilə maraqlanıb
12:04 17.05.2026
Aktual
Arı zəhəri süd vəzi xərçəngini məhv edir - Yeni elmi iddia
11:47 17.05.2026
Sağlamlıq
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
11:30 17.05.2026
Gündəm
Türk xalqları bu gün yenidən öz tarixi missiyasına qayıdır - ŞƏRH
10:57 17.05.2026
Gündəm
Tam 27 ton: Yeni dinozavr növü aşkar edilib
10:55 17.05.2026
Tarix
İrandan Hörmüz boğazı ilə bağlı yeni mexanizm
10:49 17.05.2026
Dünya
Qorxulu icad - Düşüncələri mətnə çevirəm papaq
10:35 17.05.2026
Sağlamlıq
Artıq uşaqlara DÜZ OTUR deməyəcəksiniz
10:27 17.05.2026
Sağlamlıq
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
10:15 17.05.2026
Gündəm
Zimbabvenin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
10:05 17.05.2026
Gündəm
Biz Ukrayna üçün çox iş görmüşük - Çinin xarici işlər naziri
09:52 17.05.2026
Dünya
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
09:51 17.05.2026
Cəmiyyət
Rusiya iqtisadiyyatı 3 ildən sonra ilk dəfə kiçildi
09:44 17.05.2026
Dünya