Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək

Yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağam.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, əsas müzakirə mövzusu Rusiyada vəba xəstəliyinin yayılması ilə bağlı olacaq:

“Çox yaxın zamanda telefon danışığım planlaşdırılıb”.

Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində 189 nəfər vəba şübhəsi ilə xəstəxanaya yerləşdirilib.