Azərbaycanda 3 alpinist dağda yoxa çıxıb: Axtarışlara helikopterlər qoşuldu




Fövqəladə Hallar Nazirliyi dekabrın 23-də Qubada itkin düşmüş 3 alpinistin axtarışına başlayıb.


Nazirlikdən APA-ya bildirilib ki, "Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. Bu barədə FHN-ə məlumat verilib. Nazirlik həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.

***
09:25
"Gilavar" Klubunun üzvü olan 3 alpinist yoxa çıxıb.
Lent.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, klubun yaydığı məlumata əsasən, alpinisttlər Şahyaylaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən klubla əlaqə kəsilib.
DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət təcrübəli komanda tərəfindən axtarışlar başlayıb.
Klubdan bildirilib ki, yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədir.
Onlar ötən həftənin 6-cı günü dağa çıxıblar və marşrut üzrə 1-ci gün geri qayıtmalı imişlər. Lakin onlarla əlaqə kəsilib. Hazırda axtarışlar Quba rayonu ərazisində yerləşən dağlarda aparılır.
Klubun digər üzvləri və rəhbərliyi də axtarışlara cəlb olunub.